Aqrar sığorta əkin sahəsi və məhsulları belə sığortalayacaq – Fermerlərin Diqqətinə
Xəbər verildiyi kimi, noyabrın əvvəlindən etibarən Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi fəaliyyətə başlayıb. Artıq fermerlər və aqrar sahədə çalışan iş adamları öz təsərrüfatlarını – əkin sahələrini, heyvanları və balıqları sığortalaya bilərlər. Aqrar Sığorta Fondu (ASF) əkin sahələri və bitki məhsullarının sığortalanması ilə bağlı detalları təsərrüfat sahiblərinin diqqətinə çatdırır.
Aqrar sığorta ilə hansı bitkilər və məhsullar sığortalanacaq?
Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı qərarına əsasən, Azərbaycanda Aqrar Sığorta ilkin mərhələdə 14 adda bitkiçilik məhsullarını əhatə edəcək. Onlar aşağıdakılardır: (1) buğda; (2) arpa; (3) qarğıdalı; (4) kartof; (5) şəkər çuğunduru; (6) portağal; (7) limon; (8) naringi; (9) çay; (10) çəltik; (11) tütün; (12) üzüm; (13) fındıq; (14) pambıq.
Aqrar sığorta bitkiçilik məhsullarının bu hissələrini sığortalayır:
taxıllar, paxlalılar və yağlı bitkilərdə – dən, lifli bitkilərdə – lif; əsas məhsulu kök və dibində olan bitkilərdə - kök və dib; əsas məhsulu yarpaq olan bitkilərdə - yarpaq; meyvəsi yeyilən bitkilərdə - meyvə; yem bitkilərində - bütün yaşıl hissə.
Başqa sözlə, yuxarıda sadalanan 14 bitkinin əkini və becərilməsi ilə məşğul olan fermerlər öz əkin sahələrini sığortalaya bilərlər. Gələcəkdə sığortalanan bitkilərin siyahısının daha da genişlənməsi gözlənilir.
Aqrar sığorta bitkiləri hansı risklərdən sığortalayır?
Bitkilərin sığortalanmasında aqrar sığortanın əhatə etdiyi risklər Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb. Həmin qərara əsaəsən, aqrar sığorta bitkiləri aşağıdakı risklərdən sığortalayacaq:
• dolu;
• yanğın;
• zəlzələ;
• torpaq sürüşməsi;
• qasırğa;
• fırtına;
• üçüncü şəxslərin hərəkətləri.
Bu siyahıda göstərilən riskləri, bitkilərin sığortalanması üçün «baza paketi» saymaq olar. Qaydalara görə, əlavə ödəniş etməklə bitkiləri və məhsulları bir sıra əlavə risklərdən də sığortalamaq olar.
Əlavə sığorta haqqı ilə hansı risklər sığortalanır
Əlavə sığorta haqqı ödəməklə portağal, limon, naringi və üzüm bitkilərinin məhsullarında dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisinə də təminat verilə bilər. Keyfiyyət itkisi nədir? Məsələ bundadır ki, dolu - əkin sahələri və bitkiləri məhv etməklə yanaşı, onun keyfiyyətini də korlayır. Məsələn, dolu meyvənin səthini zədələyir və onun əmtəə görünüşünü pisləşdirir. Nəticədə belə meyvələrin satış qiyməti aşağı düşür və fermer zərərlə üzləşir.
Bundan başqa, əlavə sığorta haqqı ödəməklə buğda və arpa bitkilərinin dən hissəsi ilə yanaşı, gövdə hissəsində də yaranan miqdar itkisinə təminat verilə bilər. Yəni əlavə ödənişlə taxılın təkcə dəni hissəsini deyil, samanını da sığortalamaq olar. Amma burada limit var – bu təminat üzrə sığorta məbləği bitkinin dən hissəsi üzrə sığorta məbləğinin 40% çox ola bilməz.
Nəhayət, əlavə sığorta haqqı ödəməklə, bitki xəstəlikləri və zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması riskləri nəticəsində yaranan miqdar itkisinə də təminat verilə bilər.
Hansı hallarda kənd təsərrüfatı bitkiləri sığortalanacaq?
Kənd təsərrüfatı bitkilərinin sığortası ilə heyvanların sığortası arasında mühüm fərq var. Heyvanları ilin istənilən vaxtı sığortalamaq mümkündür. Bitkilərin sığortalanması üçün isə müraciət ilin müəyyən dövrlərində edilə bilər. Qaydalara görə, sığorta ilə bağlı müraciət - məhsullara, risklərə və coğrafi ərazilərə görə aqrar sığorta məhsulunun şərtlərində müəyyən edilmiş və Fondun rəsmi internet səhifəsində dərc edilmiş tarixlər ərzində etməlidir.
Digər mühüm şərt – əkin sahəsinin və bitkiçilik məhsulları ilə bağlı məlumatların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməsidir. Yalnız bu sistemdə qeydiyyatdan keçən fermerlər sığorta üçün müraciət edə bilərlər. Bu zaman təqdim edilən məlumatların doğruluğu həmin gün ərzində vasitəçi aqrar sığortaçı tərəfindən EKTİS-də olan məlumatlarla müqayisə edilərək yoxlanılır.
Bundan başqa, bitki və ya əkin sahəsinin sahibi sığortalanmış predmetlərə dair aqrotexniki, bioloji, kimyəvi və bitkinin yetişdirilməsi, mühafizəsi ilə bağlı tədbirləri vaxtında həyata keçirməlidir.
Sığorta müqaviləsi necə bağlanacaq?
Fermerlər və təsərrüfat sahibləri onlara məxsus olan kənd təsərrüfatı bitkilərini və əkin sahələrini sığortalamaq üçün yaşadıqları bölgələrdə fəaliyyət göstərən və Aqrar sığorta sisteminə daxil olan vasitəçi sığorta şirkətlərinə müraciət etməlidirlər. Bunlar - «Paşa Sığorta» ASC, «Qala Sığorta» ASC, «Meqa Sığorta» ASC, «Azərbaycan Sənaye Sığorta» ASC, «Xalq Sığorta» ASC, «AZSIĞORTA» ASC, «Bakı Sığorta» ASC şirkətləridir.
Fermerin müraciəti və təqdim etdiyi sənədlər idarəedici quruma – «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC-yə yönəldilir. İdarəedici qurumun məsul əməkdaşı ona təqdim edilmiş sənədlər və məlumatları araşdırır. Bu məlumatlar əsasında müqavilənin bağlanmasına ilkin razılıq verdiyi halda müstəqil eskpert tərəfindən sığorta predmetinə, yəni əkin sahəsinə baxış keçirilir.
Müstəqil ekspert baxışın nəticələri ilə bağlı öz rəyini İdarəedici quruma təqdim edir. Şirkətin məsul əməkdaşı göndərilmiş məlumat və sənədləri təhlil edərək sığorta müqaviləsinin bağlanılıb-bağlanılmaması barədə qərar qəbul edir.
Sığorta məbləği necə müəyyən olunur?
Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta məbləği - bitkinin əkildiyi ərazinin sahəsi, gözlənilən məhsulun miqdarı və qiyməti nəzərə alınaraq hesablanır.
Əgər söhbət tingdən (şitil) gedirsə, sığorta məbləği həmin tingin bazar qiyməti əsasında hesablanır.
Sığortalanan bitki ağac və ya koldursa, onun təminatı üzrə sığorta məbləği gözlənilən məhsulun miqdarının üç misli nəzərə alınaraq hesablanır.
Sığorta haqqı nə qədərdir?
Nazirlər Kabinetinin 30 oktyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Aqrar sığorta Qaydaları»na əsasən, kənd təsərrüfatı bitkilərinin sığortası zamanı sığorta tarifinin dərəcəsi bitkilərin növlərindən və risklərin kateqoriyalarından asılı olaraq fərqlənir.
Sığorta hadisəsi olduqda ödəniş necə həyata keçirilir?
Qaydalara əsasən, kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə riskin qiymətləndirilməsi nəticəsində bağlanılan müqavilələrdə 7 gün şərtsiz gözləmə müddəti müəyyən olunur.
Aqrar sığorta ilə sığortalanmış bitkilərə sığorta hadisəsi nəticəsində zərər dəyərsə, sığortalı 24 saat ərzində hadisə barədə vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir.
Sığorta hadisəsi zamanı dəymiş zərərin araşdırılması və qiymətləndirilməsi üçün müstəqil ekspert cəlb olunur. Müstəqil ekspert tərəfindən təqdim olunan rəy və fotoşəkillər əsasında ödəniş və ya imtina edilir.
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
12 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
- 4 saat əvvəl
-
-
8 saat əvvəl
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
- 1 gün əvvəl
-
1 gün əvvəl
Citi FED-in növbəti faiz endirimi proqnozunu 2027-ci ilin iyununa keçirdi
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
2 gün əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
2 gün əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
- 2 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Azərbaycanın yeni dəniz silahları nümayiş etdirildi – FOTO
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
Dünyada ərzaq yenidən sürətlə bahalaşır - Qlobal ərzaq qiymətləri son 4 ilin ən yüksək səviyyəsinə çatıb
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“CFI” növbəti inkişaf mərhələsinə keçərkən Direktorlar Şurasına yeni sədr təyin edib






















