Lukoil İtaliyada neft emalı zavodlarını sata bilər
Rusiyanın ən böyük özəl neft şirkəti Lukoil sanksiyaların təsirini məhdudlaşdırmaq üçün Litasco neft ticarəti bölməsini restrukturizasiya etməyi və İtaliyadakı ISAB neft emalı zavodunu satmağı nəzərdən keçirir.
Marja xəbər verir ki, bu barədə Bloomberg xəbər verir.
Məlumata görə, Lukoil şirkəti biri Cenevrədə, digəri isə Dubayda yerləşəcək iki bölmə yaradaraq, Litasco SA ticarət bölməsini yenidən strukturlaşdıra bilər.
Daha əvvəl mətbuatda Litasco-nun son bir neçə ayda bəzi əməliyyatlarını Dubaya köçürdüyü və qərargahını oraya köçürməyə hazırlaşdığı barədə xəbərlər yayılmışdı.
Bloomberg qeyd edir ki, şirkətin Litasco West adlanacaq Cenevrə bölməsi Avropaya qeyri-Rusiya neft daşımaları ilə məşğul olmağa və Bolqarıstan və Rumıniyada neft emalı zavodlarını idarə etməyə davam edəcək. Eyni zamanda, Dubaydakı Litasco Middle East kimi tanınan bir bölmə Rusiya neftinin ticarəti və Asiyada əməliyyatların idarə edilməsinə cavabdeh olacaq.
Bloomberg öz mənbələrinə istinadən yazır ki, Avropa İttifaqı (Aİ) sanksiyaları altında olmayan “Lukoil” Siciliyada yerləşən ISAB neft emalı zavodunu da satmaq imkanlarını araşdırır. Bloomberg-in məlumatına görə, Onex Holding və Crossbridge Energy Partners emal gücü sutkada 300 min barel olan neft emalı zavodunu almaqda maraqlıdır. Agentlik qeyd edir ki, Aİ-nin Rusiya xam neftinin dənizdən daşınmasına embarqosunun qüvvəyə mindiyi dekabrın 5-dən Rusiyanın Urals neftinin ISAB zavoduna axını dayana bilər.
Litasco (Lukoil Beynəlxalq Ticarət və Təchizat Şirkəti) Lukoil qrupunun beynəlxalq ticarətinin yeganə operatorudur, onun bütün çatdırılmalarını və xaricə ticarət əməliyyatlarını həyata keçirir. Litasco-ya ABŞ, Hollandiya, Qazaxıstan və digər ölkələrdə törəmə və filiallar daxildir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
1 gün əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 2 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























