Yaponiyada rekord ticarət kəsiri
Aprelin 1-də başlayan 2022-ci maliyyə ilinin birinci yarısında Yaponiyada 11 trilyon yen (təxminən 73,37 milyard dollar) həcmində ticarət kəsiri qeydə alınıb ki, bu da belə statistikanın aparılmağa başladığı 1979-cu ildən bəri mütləq antirekorddur.
Marja xəbər verir ki, Yaponiya Maliyyə Nazirliyinin cümə axşamı açıqladığı məlumatlara görə, Yaponiyanın idxalı 44,5% artaraq 60,58 trilyon yenə (404,09 milyard dollar) çatıb. Eyni dövrdə ixrac cəmi 19,6% artaraq 49,58 trilyon yen (330,72 milyard dollar) təşkil edib.
Sonuncu antirekord ticarət kəsiri 2013-cü maliyyə ilinin ikinci yarısında (2013-cü ilin oktyabrından 2014-cü il martın 31-dək) qeydə alınmşdı. Ticarət kəsiri 8,76 trilyon yen (indiki məzənnə ilə 58,43 milyard dollar) təşkil etmişdi.
Ticarət kəsirinin artması Yaponiyanın tam həcmdə idxal etmək məcburiyyətində qaldığı enerji mallarının qiymətlərinin artması, eləcə də milli valyutanın 32 ilin minimum səviyyəsinə sürətlə ucuzlaşması ilə bağlıdır. Yenin kəskin ucuzlaşması idxal məhsullarını bahalı edib.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
1 gün əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















