Putin: "Ən vacib məsələ sülhü təmin etməkdir"
"Ən vacib məsələ sülhü təmin etmək və Ermənistan iqtisadiyyatının inkişafı üçün şərait yaratmaqdır. Çünki nəqliyyat infrastrukturunun açılması, yeni marşrutların yaradılması Ermənistanın sosial-iqtisadi inkişafına kömək olacaqdır".
Marja.az xəbər verir ki, bunu Rusiya preizdenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.
Putin bildirib ki, Azərbaycan və Ermənistan arasında münaqişə uzun illərdir davam edir, ona son qoymaq lazımdır.
Rusiya Federasiyasının Prezidenti ümid edir ki, Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli sammit növbəti addımları atmağa imkan verəcək.
"Bilirəm ki, bunu etmək üçün sizin siyasi iradəniz var və biz bunu hər cür dəstəkləyirik. Biz sizinlə indi və sonra üçtərəfli formatda işləməliyik ki, irəliləməyə imkan verəcək əsas məqamları tapaq", - Rusiya Federasiyasının prezident bildirib.
Putin qeyd edib ki, problemin öhdəsindən gəlmək üçün böyük səylər lazımdır: “Əslində biz üçümüz Astanada görüşəndə artıq bu barədə müzakirəyə başlamışıq”.
Rusiya Federasiyasının Prezidenti xüsusi olaraq qeyd edib ki, Ermənistan qədim zamanlardan və bu günə kimi Rusiyanın strateji tərəfdaşı və müttəfiqi olub. O əlavə edib ki, Rusiya üçün “bu, xüsusi vəziyyətdir”.
Mən həqiqətən ümid edirəm ki, biz nizamlanma istiqamətində irəliyə doğru addımlar ata biləcəyik”, - Putin yekunlaşdırıb.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
1 gün əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























