Türkiyədə sentyabrda işsizlik yenidən ikirəqəmli səviyyəyə yüksəlib
Türkiyə Statistika Komitəsi (TÜİK) sentyabr ayı üzrə işsizlik məlumatlarını açıqlayıb.
Marja xəbər verir ki, ölkədə işsizlik nisbəti 0,3 bənd artaraq 10,1% olub. Gənclər arasında işsizlik səviyyəsi də artıb.
Beləliklə, 4 ildən sonra ilk dəfə avqust ayında 9,8%-ə düşən işsizlik nisbəti sentyabrda yenidən ikirəqəmli səviyyəyə qayıdıb.
TÜİK-in məlumatına görə, yaşı 15 və daha yuxarı olan işsizlərin sayı sentyabr ayında əvvəlki ayla müqayisədə 120 min nəfər artaraq 3 milyon 482 min nəfərə çatıb.
İşsizlik nisbəti kişilər üzrə 8,8%, qadınlar üzrə 12,8% təşkil edib.
Sentyabrda məşğul olanların sayı əvvəlki ayla müqayisədə 54 min nəfər azalaraq 30 milyon 867 min nəfər, məşğulluq nisbəti isə 0,1 faiz bəndi azalaraq 47,6 faiz olub. Bu nisbət kişilərdə 65 faiz olduğu halda, qadınlarda 30,6 faiz təşkil edib.
2022-ci ilin sentyabr ayında işçi qüvvəsi əvvəlki ayla müqayisədə 67 min nəfər artaraq 34 milyon 349 min nəfər olub.
Gənclər arasında işsizlik səviyyəsi artıb
15-24 yaş arası gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 1,2 faiz bəndi artaraq 19,6 faiz təşkil edib. Bu yaş qrupunda işsizlik səviyyəsi; kişilər üçün 16,5 faiz, qadınlar üçün isə 25,4 faizdir.
Digər tərəfdən, avqust ayında işsizlik nisbəti 9,6%-dən 9,8-ə dəyişdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
-
11 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
36 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
2 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır






















