Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Taksi üçün istifadə olunan avtomobillərə görə daha yüksək sığorta haqqı ödənilə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Taksi üçün istifadə olunan avtomobillərə görə daha yüksək sığorta haqqı ödənilə bilər

"Motor həcmi aşağı olan avtomobillər daha çox taksi fəaliyyəti üçün istifadə olunur. Xarici təcrübədə taksi xidmətində istifadə olunan avtomobillər üzrə sığorta haqqı fərqli qaydada ödənilir. Yəni, taksi fəaliyyətinə görə əlavə risk faktoru olur, bu da sığorta haqqını artırır".

Marja xəbər verir ki, bunu, Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev bildirib.

Ziya Əliyev, "Bizdə də müvafiq dövlət qurumları bu sahədə müəyyən tədbirlər həyata keçirir" deyərək sözlərinə belə davam edib

"Düşünürük ki, taksilərin xüsusi bir reyestri olsa və həmin reyestri təmin edən informasiya bazası İcbari Sığorta Bürosuna inteqrasiya edilsə, bu bizə taksi xidmətinə görə də əlavə risk əmsalı müəyyən etməyə kömək edəcək. Nəticədə taksi xidmətinə görə daha çox sığorta haqqı olacaq. Bu gün taksi xidmətində istifadə olunan avtomobil markalarının zərərliliyi 200-300 % səviyyəsində ola bilir".

Bununla yanaşı avto sığorta ilə bağlı yeni qaydaların tətbiqini düşünürük. Sığorta şirkəti icbari avto sığorta ilə bağlı icazə alarkən müəyyən tələblərə cavab verməlidir. Sığortalı şəhadətnamənin alınması ilə bağlı onlayn müraciət imkanına tam malik olmalı və vətəndaşa onlayn şəhadətnamə almaq imkanı yaradılmalıdır. Bununla bağlı tələblər müəyyən ediləcək. Bu tələbləri müəyyən etdikdən sonra artıq sığortalı avtomobil sahibi öz evində, öz ofisində istənilən yerdə onlayn qaydada, istədiyi sığortaçıdan şəhadətnamə ala biləcək.Verilən məlumatlara görə, sığorta şirkətləri köhnə avtomobilləri, xüsusilə mühərriki 2 000 sm2-dən aşağı olan maşınları sığortalamaqdan imtina edirlər. Mərkəzi Bank bu məsələ ilə bağlı mövqeyini bildirib:

"Biz digər ölkələrin təcrübələrində də belə hallara rast gəlirik. Avtomobillər istismar müddətinə, markalarına, motor həcminə görə fərqləndiyi üçün risk səviyyələrinə görə də fərqlənirlər. Avtomobil sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalanır. Zərərlilik statistikasında baxdıqda görürük ki, müəyyən markalarda zərər daha çoxdur. Hətta zərərliliyin 100 %-i keçən avtomobilləri də görürük. Xüsusi ilə motor həcmi kiçik olan avtomobillərdə bu zərərlilik daha yüksək olur.

Qeyd edək ki, avtomobil sahibi özünün mülki məsuliyyətini sığortalamaq üçün sığortaçıya müraciət edirsə, sığortaçının ondan imtina etmək hüququ yoxdur və bu onun qanunla vəzifəsidir. Bundan imtina qanunsuzdur. Bununla bağlı Mərkəzi Bank bir neçə dəfə mətbuat vasitəsilə məlumat yayıb. Hər hansı bir sığortaçı belə bir hala yol verdikdə, bununla bağlı Mərkəzi Banka müraciət daxil olmalıdır. Bu müraciət əsasında biz öz tədbirlərimizi görürük. Statistikaya baxdıqda çox az sayda mövzu ilə bağlı yazılı şəkildə müraciət daxil olur. Bu günədək elə bir hal müşahidə olunmayıb ki, sığortaçı vətəndaşın məsuliyyətini sığorta etməkdən rəsmi qaydada imtina etsin.

Təbii ki, hər bir sığortaçı zərərliyi az olan avtomobilləri sığortalamaq istəyir, digərlərinə könülsüz yanaşır. Bunu inzibati yollarla aradan qaldırmaq lazımdır. Hazırda sığorta haqlarının hesablanması ilə bağlı yeni qaydalar qüvvəyə minib. Belə ki, sürücülər daşıdığı riskdən aslı olaraq sığorta haqqı ödəyirlər. Yəni, siz yaşınıza, təcrübənizə, avtomobilinizin istismar müddətinə, intensiv yerdə istifadə etdiyinizə görə, əlavə sığorta haqqı verirsiniz. Avtomobil yüksək riskə malikdirsə, sığortalı daha çox sığorta haqqı ödəyir. Nəticədə sığortaçıların münasibəti dəyişir".

İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

© Report

21.12.2022 12:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ