"İnvestorlar demək olar ki, borcu olmayan şirkətin istiqrazlarını alacaq"
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) istiqrazlarına pul yatıran investorlar demək olar ki, borcu olmayan şirkətin qiymətli kağızlarını alacaq.
Bunu ASCO-nun istiqrazlarının təqdimat mərasimində qurumun sədri Rauf Vəliyev bildirib.
"ASCO-ya gələndə bir hədəfim var idi. O da qurumun IPO-ya getməsi idi. İstiqraz buraxılışı bu istiqamətdə ilk addımdır. Bilirdim ki, bu proses çətindir və bəlkə də biz o günü görməyəcəyik. Amma gələcək nəsillər görəcək. Amma şükürlər olsun ki, biz ilk mərhələni görə bildik və istiqrazları buraxdıq. Potensial investorlara mesajım budur ki, siz demək olar ki, borcu olmayan, proqnoz marjası 20 %, real marjası isə 30% olan, borcunun kapitalına nisbəti 1%-dən aşağı olan, borcunun aktivlərinə nisbəti 40 % proqnozlaşdırıldığı halda 1%-dən aşağı olan şirkətin istiqrazlarını alırsınız", - deyə o qeyd edib.
ASCO-nun istiqrazlardan toplayacağı vəsait Xəzərdən kənar fəaliyyətinə yönələcək
Rauf Vəliyev bildirib ki, istiqrazlardan əldə olunan gəlir “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzərdən kənar fəaliyyətinin genişləndirilməsinə yönəldiləcək.
Onun sözlərinə görə, eləcə də istiqrazlardan əldə olunan gəlir beynəlxalq hövzələrdə istismar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldiləcək.
"Bununla belə, tədavülə buraxdığımız istiqrazlar ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə verəcək, vətəndaşlar üçün mənfəətli və etibarlı investisiya imkanları yaradacaq", - Rauf Vəliyev qeyd edib.
Qeyd edək ki, istiqrazların nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi isə 6% təşkil edir. 100 min ədəd emissiya edilən istiqrazları həm fiziki, həm də hüquqi şəxslər əldə edə, bununla da ASCO istiqrazlarının investoru ola bilərlər.
İstiqraz sahiblərinə faiz dərəcələri ildə iki dəfə olmaqla 6 aydan bir ödəniləcək.
İstiqrazları həm ilkin, həm də təkrar bazardan almaq mümkündür. ASCO istiqrazlarını ilkin bazarda almaq üçün investorlar istiqrazın Anderrayteri - PAŞA Kapital İnvestisiya şirkətinə müraciət edərək abunə yazılmalıdırlar. Abunə yazılışının müddəti 60 gün təşkil edir.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report, APA
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 saat sonra
- 8 saat əvvəl
-
9 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
























