Bankların dollara tələbinin azalmasının səbəbi açıqlandı
Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artması və valyuta bazarında təklifin genişlənməsilə müşayiət olunur.Azərbaycan Mərkəzi Bankı (AMB) bankların valyuta hərraclarında dollara tələbinin azalmasının səbəbini açıqlayıb.
Mərkəzi Bankdan bildirilib ki, əlverişli beynəlxalq konyunktur və qeyri-neft ixracı potensialının artması şəraitində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabında iri həcmli profisit yaranıb.
"Rəsmi statistikaya görə, tədiyə balansının cari əməliyyatlar hesabının əsas elementi olan xarici ticarət balansının profisiti 2022-ci ildə ötən illə müqayisədə 2.2 dəfə artaraq 23.6 mlrd. ABŞ dollarına çatıb. Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artması və valyuta bazarında təklifin genişlənməsilə müşayiət olunur. Mühüm məqamlardan biri odur ki, qeyri-neft sektoru üzrə ixracın həcmi 2022-ci ildə 12.3% artaraq 3 mlrd. ABŞ dollarına yüksəlib. Qeyd olunan məqamlar Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin satışı üzrə təşkil olunan valyuta hərraclarındakı tələb-təklif nisbətində də özünü göstərir. Məhz bu amillər cari ilin 24 və 26 yanvar tarixlərində keçirilən valyuta hərraclarında valyuta alışı üzrə sifarişlərin verilməməsinin fundamental səbəbləri kimi çıxış edib" - deyə Mərkəzi Bankın açıqlamasında bildirilib.
Qeyd edək ki, bu il yanvarın 19-da keçirilən valyuta hərracında banklar cəmi 1,5 milyon dollar cəlb edib, 24 və 26 yanvar tarixlərində keçirilən valyuta hərraclarında isə heç bir sifariş verilməyib. Bu isə son illər ərzində qeydə alınan ilk belə faktdır.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
APA
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 16 saat sonra
-
16 d. əvvəl
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb ®
-
22 d. əvvəl
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib
- 27 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
2 saat əvvəl
Azərbaycan Mərkəzi Bankının ehtiyatları tarixi yüksək səviyyələrdə - YENİ RƏQƏM
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Oktyabrın 3-də gözlənilən hava şəraiti - LEYSAN GÖZLƏNİLİR
Ən çox oxunanlar






























