Sərhədsiz investisiya imkanları İNVESTAZ-la artıq daha əlçatan oldu!
İnvestisiya dünyasında hər zaman ilklərə imza atan İnvestAZ İnvestisiya Şirkəti bu dəfə qeydiyyat prosesini daha sürətli və asan hala gətirərək yatırımı hamı üçün daha da əlçatan etdi.
InvestAZ müştəriləri yeni nəsil rəqəmsal imzanın imkanlarından yararlanaraq həm mobil tətbiq, həm də veb sayt üzərindən real hesab açılması prosesini daha da sadələşdirilmiş şəkildə həyata keçirəcəklər.
Artıq yatırıma başlamaq üçün tələb olunan müqavilə imzalanması prosesini olduğunuz yerdən, tamamilə onlayn şəkildə həyata keçirə bilərsiniz. Bunun üçün İnvestAZ İnvestisiya Şirkəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən hazırlanan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaşına çevrilərək, SİMA-nın təqdim etdiyi bütün üstünlükləri qeydiyyat prosesinə tətbiq etmişdir.
Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Bundan sonra InvestAZ İnvestisiya Şirkətinin təqdim etdiyi mobil tətbiqdən və ya veb sayt üzərindən qeydiyyat prosesini tamamlamaq üçün tələb olunan müqavilə imzalanmasını “SİMA” imza üsulunu seçərək rahat şəkildə həyata keçirə bilərsiniz.
SİMA tətbiqini yükləmək üçün iOS
SİMA tətbiqini yükləmək üçün Android
İnvestAZ tətbiqini yükləmək üçün iOS
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 18 saat sonra
-
29 d. əvvəl
Azərbaycan Mərkəzi Bankının ehtiyatları tarixi yüksək səviyyələrdə - YENİ RƏQƏM
-
59 d. əvvəl
17 ildir Mərkəzi Bankda departament direktoru idi - Baş direktor təyin edildi
-
1 saat əvvəl
Pandora 150 milyon dollarlıq zavod açıb - şirkət laboratoriya almazlarına keçir
-
1 saat əvvəl
Nike-da vəziyyət ağırlaşır – səhmlər 40%-dən çox çöküb, yeni ixtisarlar gəlir
-
1 saat əvvəl
Rusiyanın iri neft müəssisələri PUA hücumuna məruz qalıb, yanğın başlayıb
-
1 saat əvvəl
Zərər edən investisiya şirkətində rəhbər dəyişir -Baş mühasib müvəqqəti direktor olur
-
1 saat əvvəl
Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım
-
2 saat əvvəl
Bakıda keçirilmiş böyük forumun təşkilinə milyonlar xərclənib – 4 müqavilənin məbləği açıqlandı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Zərər edən investisiya şirkətində rəhbər dəyişir -Baş mühasib müvəqqəti direktor olur
Ən çox oxunanlar
Bakıda keçirilmiş böyük forumun təşkilinə milyonlar xərclənib – 4 müqavilənin məbləği açıqlandı
“AzerGold” qızıl və gümüş məhsullarına endirim edib
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir
Azərbaycan neftinin son qiyməti



























