Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ
14 fevral 2023-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 40 milyon manatlıq Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri:
Dövlət istiqrazının növü:Kuponlu, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu: AZ0201040034
Emissiya həcmi: 40 000 000 manat
Nominal dəyəri: 100 manat
İstiqrazların tədavül müddəti: 1092 gün
Faiz ödənişləri:15 avqust 2023-cü il, 13 fevral 2024-cü il, 13 avqust 2024-cü il, 11 fevral 2025-ci il, 12 avqust 2025-ci il, 10 fevral 2026-cı il
Faiz gəliri: 7%
Ödəmə tarixi: 10.02.2026
Anderrayter: “PAŞA Kapital İŞ” QSC
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
30 d. əvvəl
Google xəstəliklərə diaqnoz qoymaq üçün süni intellekt hazırlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzə 10 dəqiqəlik məsafədə, dəniz mənzərəli premium villalar – QİYMƏT
- 1 saat əvvəl
-
2 saat əvvəl
"İnsan çətinlikləri görəndən sonra artıq onu heçnə qorxutmur"
-
2 saat əvvəl
"Bakı Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının mərkəzi ola bilər"
- 2 saat əvvəl
-
3 saat əvvəl
Milli Məclisə seçkilərin ilkin nəticələri məlum oldu - LİDER NAMİZƏDLƏR
-
13 saat əvvəl
Növbədənkənar parlament seçkiləri ilə bağlı “exit-poll”un nəticələri açıqlandı - SİYAHI
-
20 saat əvvəl
Azərbaycanın enerji resurslarının Avropa ölkələrinə ixracında Serbiyanın tranzit rolunu oynayır
- 22 saat əvvəl