Dərman vasitələrinin reklamı zamanı hansı qaydalara əməl edilməlidir?
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı:
Son illər ölkə ərazisində müxtəlif kütləvi informasiya vasitələri, internet resursları, sosial şəbəkələr, ictimai nəqliyyat və digər yerlərdə dərman vasitələrinin reklamlarının sayında artım müşahidə olunur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən reklam fəaliyyətinə dövlət nəzarəti məqsədilə bazarda aparılan monitorinqlər zamanı dərman vasitələri ilə bağlı yayımlanan reklamlarda Azərbaycan Respublikasının reklam qanunvericiliyinin tələblərinə tam əməl olunmadığı müəyyən edilib.
“Reklam haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, reklam istehlakçıların seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir. Bundan əlavə, istehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda, reklam edilməli və bu zaman reklamda lisenziya və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Məlumat üçün bildiririk ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dərman vasitələrinin istehsalı, topdan və pərakəndə satışı, dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilib.
Reklam qanunvericiliyinə əsasən, Azərbaycan Respublikasında yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı yəni Səhiyyə Nazirliyi tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər. Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamı ilə əlaqədar reklamvericisi reklam istehsalçısına və reklam yayıcısına aşağıdakı sənədlərin surətlərini təqdim etməlidir:
-Reklamvericinin tələbi əsasında müvafiq qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş sertifikat;
-dərman vasitəsinin dövlət qeydiyyatına alınmasını təsdiq edən qeydiyyat vəsiqəsi;
-dərman vasitəsindən istifadəyə dair təlimat, təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənəd;
-mənşə sertifikatı;
-reklamda istinad olunduqda, tədqiqatların nəticələrini təsdiq edən sənədin surəti.
Mövcud qanunvericiliyə görə həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamında bu hallara yol verilmir:
-yetkinlik yaşına çatmayan şəxslərə müraciət etmək;
- reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına istinad etmək;
-reklam olunan dərman vasitəsindən istifadə ilə bağlı fiziki şəxslərin minnətdarlığını bildirmək;
- sağlam insanda reklam olunan dərman vasitəsinin istifadə edilməsinin zəruriliyi barədə təsəvvür yaratmaq;
-həkimə müraciət etməyin gərəksiz olması barədə təsəvvür yaratmaq;
-reklam olunan dərman vasitəsinin müsbət təsirinə, təbii mənşəli olmasına, təhlükəsizliyinə, effektivliyinə və əlavə təsirlərin olmamasına təminat vermək;
-reklam olunan dərman vasitəsini bioloji fəallığa malik qida əlavəsi qismində və ya dərman vasitəsi olmayan digər əmtəə (məhsul) qismində təqdim etmək.
Həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda, reklamda bu barədə məlumat verilməli, həkimlə yaxud mütəxəssislə məsləhətləşməyin zəruriliyi qeyd olunmalıdır.
Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasında dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi qadağandır. İnsan orqanlarının və toxumalarının donorluğunun təbliği məqsədilə tibb müəssisələri və qeyri-hökumət təşkilatları tərəfindən bu Qanuna uyğun olaraq sosial reklamlar nümayiş oluna bilər.
Kütləvi müalicəvi seanslarının, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir.
Ölkəmizdə qüvvədə olan qanunvericiliyə görə istehlakçıları çaşdırmağa yaxud aldatmağa yönəldilən bu cür reklamlara, həmçinin haqsız, qeyri-dəqiq və gizli reklamların yayımlanması nəticəsində haqsız rəqabətə yol verilməsinə görə maliyyə sanksiyaları və inzibati məsuliyyət tədbirləri nəzərdə tutulur.
İstehlakçılar dərman vasitələri, tibbi təyinatlı texnika və məmulatlar, tibbi xidmətlərin reklamı zamanı mövcud qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması halları ilə rastlaşdıqları halda, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 195-1 Çağrı Mərkəzi, elektron poçt ([email protected]) və rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsilə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat sonra
-
47 d. əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
-
51 d. əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
1 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda ani ödənişlərin sayı 25 dəfə artıb – Mərkəzi Bank rekord göstəricilər açıqladı
-
2 saat əvvəl
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
13%-lik istiqrazları 71 investor aldı
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
Ən çox oxunanlar
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
Oktyabrın 16-da gözlənilən hava şəraiti
























