Geely-nin 40 illiyi Şamaxıda xüsusi yürüş və Monjaro PHEV təqdimatı ilə qeyd olundu
Geely brendinin 40 illiyi Azərbaycanda xüsusi avtomobil yürüşü və yeni Geely Monjaro PHEV modelinin təqdimatı ilə qeyd olunub.
Tədbir Bakıdan başlayan və Şamaxıdakı Abqora kompleksinə qədər davam edən xüsusi Geely roadtrip-i ilə start götürüb. Geely avtomobillərindən ibarət yürüşün iştirakçıları gün ərzində müxtəlif proqramlarda, ekskursiyalarda və interaktiv oyunlarda iştirak ediblər.
Tədbir çərçivəsində təşkil olunan xüsusi quizin qalibləri dəyərli hədiyyələrlə mükafatlandırılıblar. Qaliblərə iki nəfərlik 3 günlük Pekin səyahəti, yeni Monjaro PHEV alışına 5% endirim və iki dəfə ödənişsiz yağdəyişmə təqdim olunub.
Günün əsas hadisəsi isə Geely-nin Azərbaycandakı model sırasına qoşulan yeni Monjaro PHEV-in rəsmi təqdimatı olub.
415 at gücü və 1100 km ümumi yürüş
Performans, komfort və müasir texnologiyaları bir araya gətirən Monjaro PHEV 1,5 litrlik turbo mühərrik və elektrik mühərriklərindən ibarət hibrid güc sistemi ilə təchiz olunub.
Sistem ümumilikdə 415 at gücü və 723 Nm fırlanma anı hasil edir. Tam ötürücülü model 0-dan 100 km/saata cəmi 5,83 saniyəyə sürətlənir.
29,8 kVt·saatlıq batareya avtomobilə yalnız elektrik enerjisi ilə 130 km, hibrid sistemlə isə ümumilikdə 1100 km yürüş imkanı verir. Avropa standartlarına uyğun CCS2 şarj portu ilə təchiz olunan model 78 kVt-a qədər sürətli şarjı dəstəkləyir.
Təhlükəsizlik və ağıllı sürücü köməkçiləri
Monjaro PHEV müxtəlif yol və sürüş şəraitinə uyğun 6 sürüş rejimi təklif edir.
Adaptiv kruiz-kontrol, avtomatik təcili əyləcləmə, zolaqda saxlama və zolaq dəyişmə assistentləri, kor zonalara nəzarət və toqquşma xəbərdarlığı sistemləri sürücünün gündəlik istifadədə təhlükəsizliyini və rahatlığını artırır.
540° kamera sistemi, ön və arxa parklanma sensorları isə xüsusilə şəhər şəraitində avtomobilin idarə edilməsini daha rahat edir.
Komfort və premium interyer
Monjaro PHEV-in interyerində 15,4 düymlük mərkəzi multimedia ekranı, 12,3 düymlük rəqəmsal cihazlar paneli və 25,6 düymlük Head-Up Display yer alır.
Ön oturacaqlarda isitmə, ventilyasiya və masaj, arxa oturacaqlarda isitmə funksiyası mövcuddur. İkizonalı klimat-kontrol, 256 rəngli ambient işıqlandırma və 16 dinamikli Flyme Sound premium audiosistemi salondakı komfortu tamamlayır.
Apple CarPlay və Android Auto dəstəyi, eləcə də simsiz şarj funksiyası smartfonların avtomobillə inteqrasiyasını daha rahat edir.
Avtomobil smartfondan da idarə olunur
Geely App vasitəsilə istifadəçi avtomobilin bir sıra funksiyalarını məsafədən idarə edə bilir. Tətbiqdən qapıların idarə olunması, avtomobilin işə salınması, klimat-kontrolun aktivləşdirilməsi, oturacaq və sükan isitməsinin tənzimlənməsi mümkündür. Eyni zamanda avtomobilin lokasiyası, vəziyyəti, təkər təzyiqi və yürüş göstəriciləri izlənilə, şarj prosesi əvvəlcədən planlaşdırıla bilər.
SUV xarakterini qoruyan dizayn
Yeni Monjaro PHEV 4800 mm uzunluğa, 2845 mm təkər bazasına və 189 mm klirensə malikdir. 20 düymlük yüngül lehimli disklər, Goodyear şinləri, panoramik lyuk və LED işıqlandırma elementləri modelin premium SUV xarakterini tamamlayır.
Yeni Geely Monjaro PHEV 59 900 AZN qiymətinə təklif olunur.
Avtomobilə 6 il və ya 150 000 km, yüksək gərginlikli batareyaya isə 8 il və ya 150 000 km rəsmi zəmanət verilir.
Yeni Monjaro PHEV artıq Geely Bakı Mərkəzində təqdim olunur.
Geely rəsmi satış mərkəzi
Babək prospekti 35A
*2299
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 gün sonra
-
1 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
1 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
1 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
7 saat əvvəl
50 milyondan çox istifadəçisi olan OPay 500 milyon dollar cəlb etməyi planlaşdırır
-
9 saat əvvəl
Naxçıvan Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsinə təyinat olub
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda ərzaq bahalaşır: Ən çox qiyməti artan məhsullar açıqlanıb - Rəsmi rəqəmlər
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan 1,55 milyon litr şərab ixrac edib – Əsas alıcı ölkələr açıqlandı
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 9 ayda 164,5 milyon manat ƏDV geri qaytarılıb
Azərbaycanda ərzaq bahalaşır: Ən çox qiyməti artan məhsullar açıqlanıb - Rəsmi rəqəmlər
Ən çox oxunanlar
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Sizin Lombard”dan "75/25 Payız fürsəti" ®
Azərbaycanda oyuncaqların satışı və idxalı ilə bağlı yeni qaydalar təsdiqləndi – 6 ay sonra qüvvəyə minəcək
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! ®
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

























