Azərbaycanda “Stop-Kredit” istifadəyə verilib
“Stop-Kredit” istifadəyə verilib – vətəndaş öz adına onlayn kreditə məhdudiyyət qoya bilirAzərbaycanda vətəndaşlar öz adlarına kredit götürülməsinə qadağa qoya bilir.
Azərbaycan Kredit Bürosu (Büro) tərəfindən hazırlanmış rəqəmsal kredit tarixçəsi platforması olan Findoc portalında (Portal) yeni “Stop-Kredit” xidməti istifadəyə verilib.
Yeni xidmət Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) tərəfindən 25 iyun 2026-cı il tarixində təsdiqlənmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası” və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”na edilən dəyişikliklərə əsasən, məsafədən göstərilən maliyyə xidmətlərində risklərin minimallaşdırılması və istehlakçıların hüquqlarının qorunması üçün vətəndaşlara rəqəmsal kanallar vasitəsilə istehlak kreditlərinin rəsmiləşdirilməsinə və ya kredit limitlərinin artırılmasına könüllü məhdudiyyət (özünəqadağa) tətbiq etmək hüququ tanınması məqsədilə hazırlanmışdır.
“Stop-Kredit” xidməti vətəndaşlara öz adlarına rəqəmsal kanallar vasitəsilə məsafədən istehlak kreditlərinin rəsmiləşdirilməsinə və ya mövcud kredit limitlərinin artırılmasına könüllü məhdudiyyət (özünəqadağa) tətbiq etmək imkanı yaradır.
Xidmətdən yararlanmaq üçün vətəndaşların Findoc portalına və ya mobil tətbiqinə daxil olaraq şəxsi kabinetləri vasitəsilə müvafiq funksionallıq üzərindən sorğu yerləşdirmələri kifayətdir. AMB tərəfindən qaydalarda edilmiş müvafiq dəyişikliklərə əsasən isə 1 oktyabr 2026-cı il tarixindən etibarən kredit təşkilatları tərəfindən məsafədən kredit rəsmiləşdirilməsindən öncə müvafiq məhdudiyyətin mövcudluğu yoxlanılmalı və yalnız məhdudiyyət olmadığı halda kreditləşmə həyata keçirilməlidir.
“Stop-Kredit” xidmətini vətəndaşlar Portal üzərindən ləğv etmək və ya yenidən aktivləşdirmək imkanına malikdirlər.
Qeyd edək ki, Portal real-vaxt rejimində, 7/24 əsaslarla fəaliyyət göstərir və hazırda Portalda qeydiyyatdan keçmiş şəxslərin sayı 225 mindən artıqdır.
Büro 15 yanvar 2018-ci il tarixində yaradılmışdır. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, nisyə mal alqı-satqısı həyata keçirən şirkətlərdən, habelə borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanılmasını, saxlanılmasını, təhlilini, kredit hesabatlarının formalaşdırılmasını, borcalanlara fərdi reytinqlərin verilməsini və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.
Hazırda Büroya qoşulmuş təşkilatların sayı 300-dən artıqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Maliyyə Nazirliyi 200 milyon manat da borc alır – Şərtlər açıqlandı
-
3 saat əvvəl
Toyota Abşeron-da RAV4 üçün yeni qiymət: 66 500 manatdan başlayaraq ®
-
3 saat əvvəl
Azərbaycanın "Prime Cotton" şirkəti Rusiyanın iri tekstil istehsalçıları ilə danışıqlar aparıb
-
3 saat əvvəl
Biləcəri və Xırdalanda mənzillər hansı şərtlərlə satılır? – ƏTRAFLI ®
-
3 saat əvvəl
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İntensiv və güclü yağış yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın "Prime Cotton" şirkəti Rusiyanın iri tekstil istehsalçıları ilə danışıqlar aparıb
Ən çox oxunanlar
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin aktivləri 2026-cı ilin ilk yarısında 11,5% artaraq 16 milyard manata yaxınlaşıb
Gorusda Azərbaycan-Ermənistan texniki görüşü keçirilib
Dövlət Komitəsinin sədr müavini dəyişib - YENİ SƏRƏNCAM
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir ®






















