Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
Azər Türk Bank dünyanın ən böyük bankları ilə danışıqlar aparıb. Bank ABŞ-də JPMorgan və Citi ilə görüşüb – SOCAR da danışıqlarda iştirak edibDövlət bankı Azər Türk Bankın nümayəndə heyəti ABŞ-nin Mayami şəhərində SWIFT tərəfindən təşkil olunmuş “SIBOS 2026” sərgi-konfransında iştirak edib. “Süni intellektə əsaslanan iqtisadiyyatlarda rəqəmsal maliyyə” builki tədbirin əsas mövzusu olub.
Tədbir çərçivəsində Bankın nümayəndələri JP Morgan, Citi Bank, Bank of New York Mellon (BNY), Mizuho Bank, Standard Chartered, SWIFT və 20-dək digər qlobal və regional maliyyə institutu və şirkətin nümayəndələri ilə görüşlər keçiriblər.
Görüşlərdə əsas diqqət müxbir əlaqələrin genişləndirilməsi, mövcud tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və qorunub saxlanılması, eləcə də qarşılıqlı biznes imkanlarının genişləndirilməsi və beynəlxalq hesablaşmaların inkişafına yönəldilib.
SIBOS 2026 çərçivəsində SOCAR-ın səlahiyyətli nümayəndələri Azər Türk Bankın beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə bir sıra görüşlərində birbaşa iştirak etmiş, innovativ texnologiyaların tətbiqi və dayanıqlı maliyyələşdirmə imkanları barədə birgə müzakirələr aparılmışdır.
1978-ci ildə ilk dəfə Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) tərəfindən bank əməliyyatları seminarı kimi təşkil olunan tədbir qlobal maliyyə ictimaiyyəti üçün müxtəlif istiqamətlərdə müzakirələrin aparılması və qarşılıqlı əməkdaşlıqların qurulması baxımından əsas biznes forumuna çevrilib.
Azər Türk Bankın SIBOS 2026-da iştirakı qlobal maliyyə icması ilə açıq dialoqa və qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinə sadiqliyini göstərir. Bu istiqamətdə əməkdaşlığın inkişafı Bankın beynəlxalq maliyyə mühitində mövqeyinin daha da möhkəmləndirilməsinə və yeni biznes imkanlarının yaradılmasına xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Maliyyə Nazirliyi 200 milyon manat da borc alır – Şərtlər açıqlandı
-
1 saat əvvəl
Toyota Abşeron-da RAV4 üçün yeni qiymət: 66 500 manatdan başlayaraq ®
-
2 saat əvvəl
Azərbaycanın "Prime Cotton" şirkəti Rusiyanın iri tekstil istehsalçıları ilə danışıqlar aparıb
-
2 saat əvvəl
Biləcəri və Xırdalanda mənzillər hansı şərtlərlə satılır? – ƏTRAFLI ®
-
2 saat əvvəl
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İntensiv və güclü yağış yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın "Prime Cotton" şirkəti Rusiyanın iri tekstil istehsalçıları ilə danışıqlar aparıb
Ən çox oxunanlar
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin aktivləri 2026-cı ilin ilk yarısında 11,5% artaraq 16 milyard manata yaxınlaşıb
Gorusda Azərbaycan-Ermənistan texniki görüşü keçirilib
Dövlət Komitəsinin sədr müavini dəyişib - YENİ SƏRƏNCAM
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir ®























