Azərbaycanın "Prime Cotton" şirkəti Rusiyanın iri tekstil istehsalçıları ilə danışıqlar aparıb
Azərbaycan ipliyinin Rusiya bazarında payının artırılması hədəflənir. “Prime Cotton” Rusiya istehsalçıları ilə uzunmüddətli əməkdaşlıq qurmağa çalışır."Prime Cotton" şirkəti 29 sentyabr–1 oktyabr 2026-cı il tarixlərində Moskvada keçirilən “INTERFABRIC 2026” beynəlxalq tekstil sərgisində iştirak edib. Şirkət sərgidə Azərbaycan pambığından istehsal olunan iplik məhsullarını təqdim edərək Rusiya bazarında satış imkanlarının genişləndirilməsi istiqamətində işgüzar görüşlər keçirib.
Crocus Expo sərgi mərkəzində təşkil olunan tədbir çərçivəsində Rusiyanın iri geyim, ev tekstili və parça istehsalçıları ilə danışıqlar aparılıb. Görüşlərdə Azərbaycan ipliyindən həmin müəssisələrin istehsal proseslərində istifadənin genişləndirilməsi, potensial təchizat imkanları və uzunmüddətli əməkdaşlıq perspektivləri müzakirə olunub.
Prime Cotton stendində şirkətin iplik çeşidləri və istehsal imkanları barədə məlumat verilib. İstehsalçılarla birbaşa ünsiyyət məhsullara olan tələbatın öyrənilməsi və yeni bazar imkanlarının qiymətləndirilməsi baxımından əhəmiyyətli olub.
Sərgidən sonra işgüzar görüşlər Rusiyanın tekstil paytaxtı kimi tanınan İvanovo şəhərində davam etdirilib. Burada Prime Cotton nümayəndələri tekstil sektorunda fəaliyyət göstərən TDL, Galtex, KT və Nordex kimi şirkətlərin nümayəndələri ilə görüşüblər. Danışıqlarda Prime Cotton ipliklərindən istifadənin genişləndirilməsi və potensial əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. İvanovo görüşləri şirkətin Rusiya bazarında istehsalçılarla birbaşa əlaqələrinin inkişafı və yeni təchizat imkanlarının qiymətləndirilməsi istiqamətində səfərin davamı olub.
Prime Cotton-un Baş İcraçı Direktoru Tural Əlizadə sərgidə iştirakın əhəmiyyətini belə şərh edib:
“Azərbaycan pambığının xarici bazarlara daha yüksək əlavə dəyərli məhsul kimi çıxarılması bizim üçün strateji prioritetdir. Rusiyanın iri geyim, ev tekstili və parça istehsalçıları ilə görüşlərimiz Azərbaycan ipliyinin bu müəssisələrin təchizatında daha geniş yer tutmasına yönəlib. ‘INTERFABRIC 2026’ sərgisi məhsullarımızı birbaşa istehsalçılara təqdim etmək və onların tələbatını yaxından öyrənmək imkanı yaratdı. Məqsədimiz bu işgüzar əlaqələri uzunmüddətli təchizat əməkdaşlığına çevirmək və Rusiya bazarında davamlı ixrac artımına nail olmaqdır.”
Rusiya bazarında Azərbaycan ipliyinin tanıdılması və müştəri şəbəkəsinin genişləndirilməsi şirkətin ixrac strategiyasının əsas istiqamətlərindəndir. Prime Cotton beynəlxalq sərgilərdə iştirak və istehsalçılarla birbaşa əlaqələr vasitəsilə mövcud tərəfdaşlıqlarını inkişaf etdirməyi və yeni təchizat imkanları yaratmağı hədəfləyir.
Sərgi haqqında ətraflı video:
Qeyd edək ki, "Prime Cotton" MMC — 30 ildən artıq təcrübəyə malik, pambıqçılıq sahəsində Azərbaycanın aparıcı şirkətidir. "GP Cotton Holdings"in tərkibinə daxil olan "Prime Cotton", pambıq istehsalı ilə yanaşı mahlıc, iplik, pambıq yağı və pambıq jmıxı istehsalı ilə də məşğuldur. Şirkət müasir texnologiyalar, davamlı istehsal zənciri və keyfiyyətə əsaslanan yanaşması ilə yerli və beynəlxalq bazarlarda rəqabətədavamlı məhsullar təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 20 d. əvvəl
- 25 d. əvvəl
-
35 d. əvvəl
Maliyyə Nazirliyi 200 milyon manat da borc alır – Şərtlər açıqlandı
-
1 saat əvvəl
Toyota Abşeron-da RAV4 üçün yeni qiymət: 66 500 manatdan başlayaraq ®
-
1 saat əvvəl
Azərbaycanın "Prime Cotton" şirkəti Rusiyanın iri tekstil istehsalçıları ilə danışıqlar aparıb
-
1 saat əvvəl
Biləcəri və Xırdalanda mənzillər hansı şərtlərlə satılır? – ƏTRAFLI ®
-
1 saat əvvəl
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İntensiv və güclü yağış yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın "Prime Cotton" şirkəti Rusiyanın iri tekstil istehsalçıları ilə danışıqlar aparıb
Ən çox oxunanlar
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin aktivləri 2026-cı ilin ilk yarısında 11,5% artaraq 16 milyard manata yaxınlaşıb
Gorusda Azərbaycan-Ermənistan texniki görüşü keçirilib
Dövlət Komitəsinin sədr müavini dəyişib - YENİ SƏRƏNCAM
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir ®






















