AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Dünyanın iri liman operatorlarından biri Azərbaycanla əməkdaşlığını genişləndirir - Anlaşma. AZCON Holding və DP World arasında mühüm memorandum imzalanıb. Azərbaycanda neft-qaz gəmilərinin birgə maliyyələşdirilməsi nəzərdən keçiriləcək. Həmçinin DP World Azərbaycanda liman, logistika və gəmiqayırma imkanlarını araşdıracaq.AZCON Holding ilə “DP World” arasında liman, logistika, gəmiqayırma və dəniz nəqliyyatı sahələrində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Sənəd liman əməliyyatlarının optimallaşdırılması, rəqəmsallaşdırılması və avtomatlaşdırılması, eləcə də müasir liman texnologiyalarının tətbiqi üzrə təcrübə və ekspertiza mübadiləsini nəzərdə tutur.
Memorandum çərçivəsində tərəflər Azərbaycanda və Xəzər regionunda liman və logistika infrastrukturunun inkişafı, yeni investisiya imkanlarının araşdırılması, eləcə də neft-qaz sektoruna xidmət göstərəcək dəniz gəmilərinin birgə maliyyələşdirilməsi və istismarı üzrə potensial əməkdaşlıq modellərini nəzərdən keçirəcəklər.
Əməkdaşlığın digər istiqaməti Azərbaycanda gəmiqayırma və gəmi təmiri imkanlarının inkişafı, mövcud istehsal güclərindən istifadənin artırılması və Xəzər regionunda müvafiq xidmətlərin genişləndirilməsidir.
Tərəflər, həmçinin liman idarəçiliyi üzrə əməkdaşların təlimi, bilik mübadiləsi və qabaqcıl təcrübələrin paylaşılması istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarını araşdıracaqlar.
Müştərilərin xəbərləri
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
4 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
4 d. əvvəl
Oktyabrın 10-da gözlənilən hava şəraiti - İNTENSİV VƏ GÜCLÜ YAĞIŞ
- 17 d. əvvəl
- 19 d. əvvəl
-
20 d. əvvəl
Ukrayna "Yandex"in daha bir data mərkəzinə PUA zərbəsi endirib
- 37 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Valyuta ehtiyatlarının illik artım tempi kəskin zəiflədi
Ölkə üzrə orta əməkhaqqı açıqlandı
Azərbaycanda inflyasiya göstəricisi açıqlandı
Ən çox oxunanlar
Azad edilmiş ərazilərdə biznes üçün güzəştlər genişləndirildi- Daha 7 sahə vergi və gömrük güzəştlərindən yararlanacaq
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Azərbaycan iqtisadiyyatının 9 aylıq nəticələri açıqlandı – Hansı sahələr böyüyüb, hansılar kiçilib?
Prime Cotton-dan “Made in Azerbaijan” məhsullarının beynəlxalq tanıtımına növbəti addım
Dövlət büdcəsində 4 milyard manata yaxın artıqlıq yaranıb
3 günlük böyük endirim başladı - Yeni qiymətlər ®





















