970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Netflix-in xalis mənfəəti 44 faiz artaraq 3,66 milyard dollara çatıb

Netflix üç ayda 12,9 milyard dollar gəlir əldə edib. Netflix rekord gəlirlərə doğru irəliləyir – İllik 51,1 milyard dollar gözlənilir
iç səhifə xəbər başlığı altı (mobil)_31
Netflix-in xalis mənfəəti 44 faiz artaraq 3,66 milyard dollara çatıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Qlobal rəqəmsal yayım platforması Netflix-in 2026-cı ilin üçüncü rübündə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 12 faiz artaraq 12,9 milyard dollara yüksəlib.

Marja.az xəbər verir ki, bu barədə şirkətin 2026-cı ilin üçüncü rübünə dair açıqladığı maliyyə nəticələrində bildirilir.

2025-ci ilin eyni dövründə Netflix-in gəlirləri 11,5 milyard dollar təşkil etmişdi.

Şirkətin məlumatına görə, gəlirlərin artması əsasən abunəçi sayının çoxalması və qiymət siyasətində edilən dəyişikliklər nəticəsində abunəlikdən əldə olunan gəlirlərin yüksəlməsi ilə bağlıdır.

Bununla yanaşı, reklam gəlirlərinin artması və valyuta məzənnələrindəki dəyişikliklər də şirkətin maliyyə göstəricilərinə müsbət təsir göstərib.

Netflix 2026-cı ilin dördüncü rübündə gəlirlərinin 13,4 milyard dollara çatacağını proqnozlaşdırır. Şirkətin cari ilin tamamı üzrə gəlir proqnozu isə 51,1 milyard dollar təşkil edir.

REKLAM GƏLİRLƏRİ ÜZRƏ PROQNOZ AZALDILIB

Netflix 2026-cı il üçün reklam gəlirləri ilə bağlı gözləntisini aşağı salıb. Şirkət əvvəlki 3 milyard dollarlıq proqnozunu 2,7 milyard dollara endirib.

Beləliklə, reklam gəlirləri üzrə illik proqnoz 300 milyon dollar və ya 10 faiz azaldılıb.

XALİS MƏNFƏƏT 44 FAİZ ARTIB

Netflix-in 2026-cı ilin üçüncü rübündə xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 44 faiz artaraq 3,66 milyard dollara çatıb. Müqayisə üçün, şirkət 2025-ci ilin üçüncü rübündə 2,54 milyard dollar xalis mənfəət əldə etmişdi.

Şirkətin bir səhmə düşən mənfəəti də əhəmiyyətli dərəcədə yüksəlib. Ötən ilin eyni dövründə 59 sent olan bu göstərici cari ilin üçüncü rübündə 87 sentə çatıb.

Bu, bir səhmə düşən mənfəətin təxminən 47,5 faiz artması deməkdir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

23.10.2026 07:33
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19