Azərbaycanın fındıq ixracından gəlirləri 140 milyon dolları keçib
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox vəsait əldə edib. İxrac olunan fındığın orta dəyəri 19% artıb. Fındıq ixracından gəlirlər 15,6 milyon dollar artıb. Azərbaycan fındıq ixracından 238 milyon manata yaxın vəsait əldə edib.2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan 140 milyon 37 min ABŞ dolları dəyərində 14 min 576 ton meşə fındığı ixrac edilib.
Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın fındıq ixracının fiziki həcmi 852 ton və ya 5,5% azalsa da, dəyəri 15 milyon 583 min dollar və ya 12,5% artıb.
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 124 milyon 455 min dollar dəyərində 15 min 428 ton fındıq ixrac edilmişdi.
Marja.az-ın hesablamalarına görə, ixrac olunan fındığın bir tonunun orta statistik dəyəri ötən ilin ilk 10 ayındakı təxminən 8 min 67 dollardan cari ilin eyni dövründə 9 min 607 dollara yüksəlib. Bu, təxminən 19,1% artım deməkdir.
Beləliklə, Azərbaycanın fındıq ixracının fiziki həcminin azalmasına baxmayaraq, orta statistik ixrac dəyərinin yüksəlməsi nəticəsində ixracın ümumi dəyəri artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 2 saat sonra
- 4 d. əvvəl
- 6 d. əvvəl
-
13 d. əvvəl
Azərbaycanın fındıq ixracından gəlirləri 140 milyon dolları keçib
-
24 d. əvvəl
Azərbaycan kartof ixracından 30 milyon dollara yaxın vəsait əldə edib
-
37 d. əvvəl
Azərbaycanın ümumi ixracında neft-qaz sektorunun payı 75%-dən aşağı düşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
JAECOO Böyük Britaniyada tarix yazdı — üç zirvəni birləşdirən marşrutda yeni dünya rekordu
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Azərbaycanın xurma ixracında kəskin geriləmə – RƏQƏMLƏR
Azərbaycanın fındıq ixracından gəlirləri 140 milyon dolları keçib
Ən çox oxunanlar
JAECOO Böyük Britaniyada tarix yazdı — üç zirvəni birləşdirən marşrutda yeni dünya rekordu
“Amal Group”un xərcləri artıb, mənfəəti kəskin azalıb - 49 milyona yaxın gəlirdən 2,3 milyon manat qazanc qalıb
Azərbaycanın ət idxalı 100 milyon dolları keçib




























