Mərkəzi Bankın faiz qərəarı ilə bağlı açıqlaması
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 1 avqust 2018-ci il tarixində uçot dərəcəsinin 10% səviyyəsində və faiz dəhlizinin digər parametrlərinin (±2%-lik kənarlaşma ilə aşağı hədd 8%, yuxarı hədd 12%) dəyişməz saxlanılması barədə qərar qəbul etmişdir.
2018-ci ilin ötən dövründə inflyasiya hədəf dəhlizindən aşağı olmaqla azalma trendini saxlamış, tədiyə balansı profisitli olmuş, iqtisadi aktivlik üzrə müsbət dinamika qorunmuşdur.
Qısa və ortamüddətli dövrdə həm xarici sektordan, həm də fiskal siyasətdən gələn inflyasiya riskləri potensialı monetar şəraitin yumşaldılması imkanlarını məhdudlaşdırır.
Qərar qəbul edərkən İdarə Heyəti aşağıdakıları nəzərə almışdır.
İnflyasiya prosesləri. İnflyasiya azalma trendini saxlayır. 2018-ci ilin 6 ayında orta illik inflyasiya 3% təşkil etməklə elan edilmiş hədəf dəhlizindən aşağıda qərarlaşmışdır.
İnflyasiya səviyyəsinin aşağı düşməsini manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, pul təklifinin optimal səviyyədə idarə olunması, inflyasiya gözləntilərinin azalması və mövsümi faktorlar şərtləndirir. Bütün bunlar dünya əmtəə qiymətlərinin, o cümlədən dünya ərzaq qiymətlərinin və ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya proseslərinin daxili inflyasiyaya artırıcı təsirini qismən neytrallaşdırır.
Cari ildə Azərbaycandakı inflyasiya ticarət tərəfdaşı olan ölkələrdəki orta inflyasiyadan əhəmiyyətli aşağı olmuşdur ki, bu da manatın real effektiv məzənnəsinə azaldıcı təsir göstərmişdir. Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 2018-ci ilin I yarısında cəmi 1.2% möhkəmlənmişdir. 2014-cü ilin sonundan bəri isə manatın real effektiv məzənnəsi 35.4% ucuzlaşmışdır ki, bu da qeyri-neft sektorunun rəqabət qabiliyyətini dəstəkləmişdir.
İnflyasiya üzrə gözləntilər və proqnozlar. Ev təsərrüfatları və real sektor müəssisələri arasında aparılmış monitorinqlər inflyasiya gözləntilərinin son illər üzrə minimum səviyyədə qaldığını göstərir.
Son makroiqtisadi proqnozlar göstərir ki, 2018-ci ilin sonuna inflyasiyanın hədəf intervalında qalması risklər balansındakı dinamikadan asılı olacaqdır. İdxalın əhəmiyyətli artımı, tərəfdaş ölkələrdə yüksək məzənnə və qiymət volatilliyi və fiskal genişlənmə inflyasiyanın tələb və təklif amillərini aktivləşdirə bilər. İnflyasiya hədəfinə nail olunması həm də qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət dəyişimindən asılı olacaqdır.
Xarici şərait. Qeyri-neft iqtisadiyyatının ixrac potensialının yüksəlməsi və dünya bazarında əlverişli neft qiymətləri xarici sektor göstəricilərinin yaxşılaşması ilə müşaiyət olunur. 2018-ci ilin birinci yarısında ticarət balansının müsbət saldosu 2.2 dəfə, ixrac 64%, qeyri-neft ixracı 14% artmışdır. Ticarət balansı ilə yanaşı xidmət ixracı və pul baratları daxilolmaları da pozitiv dinamikanı qoruyur. Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində ölkənin strateji valyuta ehtiyatları artmaqda davam etmişdir.
Son proqnozlar göstərir ki, 2018-ci ilin sonuna tədiyə balansı profisitli qalacaqdır. Neftin qiyməti 70 ABŞ dollarından yüksək formalaşmışdır və ilin sonuna onun dinamikası müsbət proqnozlaşdırılır. Qısa və ortamüddətli dövrə isə tədiyə balansı üçün təhdid başlıca olaraq idxalın yüksək templə genişlənməsi, kapital və maliyyənin hərəkəti hesabının defisitinin artmasıdır.
İqtisadi aktivlik. İqtisadi aktivliyin artım dinamikası müsbət olaraq qalır. 2018-ci ilin yanvar-iyun aylarında iqtisadi artım 1.3% olmuş, o cümlədən qeyri-neft sektorunda 2%-lik artım baş vermişdir. İqtisadi artımı dəstəkləyən başlıca amillərə xarici tələbin və dövlət investisiyalarının artması, əhalinin real gəlirlərinin yüksəlməsi şəraitində istehlakçı inamı göstəricilərinin yaxşılaşması aiddir. Mərkəzi Bank tərəfindən real sektorun monitorinqinə əsaslanan Biznes İnam İndeksinin dinamikası da iqtisadi aktivliyin yüksəldiyini təsdiq edir. İqtisadi artım qeyri-neft sektorunun başlıca sahələrində qeydə alınmışdır. İqtisadi artım qeyri-neft sənayesində 11.1%, kənd təsərrüfatında 7.6% təşkil etmişdir. İqtisadi artım potensial səviyyəsini üstələmədiyindən inflyasiyaya artırıcı təsir göstərmir.
Monetar şərait. 2018-ci ilin ötən dövründə monetar şərait neytral səviyyəyə yaxınlaşmaq istiqamətində dəyişmiş, pul bazası genişlənmiş, uçot dərəcəsi aşağı salınmışdır.
İlin sonuna və ortamüddətli dövrə monetar şəraitin normallaşdırılması potensialı inflyasiya risklərini və gözləntilərini formalaşdıran xarici və daxili amillərin reallaşması ehtimalından asılı olacaqdır.
Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin oktyabr ayında müzakirə ediləcəkdir.
Müştərilərin xəbərləri
"Torpaqla artım dövrü bitir, məhsuldarlıq dövrü başlayır. Məhsuldarlıq isə işlək traktor deməkdir" - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 13 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən, hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“FINCA Azerbaijan” 15% ödəməyə hazırdır - 5 milyon manat da borclanacaq
-
5 saat əvvəl
Samuxda təhlükəli xəstəlik şübhəsi - Təsərrüfata giriş-çıxış məhdudlaşdırıldı
-
6 saat əvvəl
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
-
7 saat əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Hacıqabul Sənaye Parkında yeni şirkət - 4,7 milyon manatlıq gübrə və biopestisidlərin istehsalı layihəsi
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Avqustun 14-də gözlənilən hava şəraiti






















