Əhali və şirkətlər bu bankdakı əmanətini artırıb
“Ziraat Bank Azərbaycan” ASC-də əhalinin, şirkətlərin, bankların və maliyyə institutlarının depozitləri artıb.
“Marja” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “Ziraat Bank Azərbaycan”ın cəmi depozit portfeli cari ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 43% artaraq 87 milyon 464 min manata çatıb. O cümlədən, fiziki şəxslərin tələbli depozitləri 1,9 dəfə artaraq 8 milyon 108 min manata yüksəlib. Hüquqi şəxslərin tələbli depozitləri isə 17 milyon 687 min manatdan 12 milyon 18 min manata düşüb.
Ötən ilin Sentyabr ayının sonunda “Ziraat Bank Azərbaycan”da fiziki şəxslərin (əsasən əhalinin) müddətli əmanətləri 36 milyon 574 min manat ikən, 30 Sentyabr 2018-ci il tarixində 44 milyon 918 min manat yüksəlib. Qısası, fiziki şəxslərin müddətli əmanətləri 8 milyon 344 min manat və ya 23% artıb.
Müqayisə olunan dövrdə hüquqi şəxslərin (şirkətlərin) müddətli depozitləri isə 8 dəfə artaraq 2 milyon 701 min manatdan 22 milyon 419 min manata yüksəlib.
Həmçinin “Ziraat Bank Azərbaycan”da bankların və digər maliyyə institutlarının depozitləri artıb. Bankların depozitləri 25% artaraq 29 milyon 750 min manata, banklar istisna olmaqla, digər maliyyə institutlarının depozitləri isə 55% artarq 20 milyon 235 min manata yüksəlib.
30 Sentyabr 2018-ci il tarixində “Ziraat Bank Azərbaycan”nın 147 milyon 839 min manatlıq depozit portfelinin 137 milyon 449 min manatını və ya 93%-ni depozitlər, bankların və digər maliyyə institutların depozitləri təşkil edib.
UCUZ QƏBUL ETDİYİ PULLARI DAHA YÜKSƏK FAZİLƏ BAŞQA BANKLARA YATIRIR
“Ziraat Bank Azərbaycan” faizin ödənilməsindən asılı olaraq illik 6-8%-lə əmanət qəbul edir. Bank, əhali və şirkətlərdən aşağı faizlər ilə cəlb etdiyi vəsaitlər ilə kredit ayırır, həmçinin digər banklara depozit yerləşdirir. “Ziraat Bank Azərbaycan” ın digər banklardakı depozitləri 12 dəfə artaraq 3 milyon 223 min manatdan 39 milyon 754 min manata yüksəlib. Bankın müştərilərə verdiyi kreditlər isə 35% və ya təxminən 25 milyon manat artaraq 95 milyon manatı keçib.
Xəbər verdiyimiz kimi, “Ziraat Bank Azərbaycan” ASC 2019-cu ilin 9 ayını 1 milyon 604 min manat xalis mənfəətlə başa vurub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
7 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul















.jpg)



.jpg)


