PAŞA Bank yerli biznes üçün yeni nəsil kassa aparatlarını təqdim edib
![PAŞA Bank yerli biznes üçün yeni nəsil kassa aparatlarını təqdim edib](/storage/thumbnail/cover/cdn/2019/may/22/1558513459.jpg)
Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank ölkə bazarında ilk dəfə olaraq yerli sahibkarlar üçün yeni nəsil kassa aparatlarını təqdim edib.
Yeni “Smart kassa” aparatlarının əsas üstünlüyü vergi qanunvericiliyində planlaşdırılan dəyişikliklər, o cümlədən onlayn rejimdə aparılan bütün əməliyyatlar barədə məlumatların birbaşa Vergilər Nazirliyinə ötürülməsinə dair dəyişikliklər çərçivəsində nəzərdə tutulan tələblərə tam uyğun olmasıdır.
PAŞA Bankın təqdim etdiyi kompakt kassa aparatı özündə 3 funksiyanı – kassa, ödəniş terminalı və qəbzlərin çapı funksiyasını birləşdirir. Yeni qurğu istənilən əlavə avadanlığı (skaner, tərəzi və s.) qoşmağa, əvvəlcədən quraşdırılmış kassa proqram təminatı isə qurğunun yaddaşına təqdim olunan məhsul və xidmətlərə dair bütün lazımi məlumatları daxil etməyə imkan verir.
Sahibkar “Smart kassa” vasitəsilə həm nağd, həm də nağdsız hesablaşma əməliyyatları apara bilər. Yeni nəsil kassa aparatları, həmçinin aparılan əməliyyatlara dair bütün lazımi məlumatları yaddaşda saxlayır və kassiri ayrı-ayrılıqda kassa və POS-terminalla əməliyyat aparmaq zərurətindən azad edir, bu isə müştərilərə daha rahat xidmət göstərilməsinə təkan verir.
PAŞA Bankın İdarə Heyətinin üzvü və Baş Əməliyyat İnzibatçısı Cəlal Orucovun sözlərinə görə, “Smart kassa” aparatları sahibkarlara bir sıra rəqabətli üstünlükləri təqdim edir.
“PAŞA Bankın təqdim etdiyi hazır həldən istifadə edən yerli sahibkarlar əməliyyatların aparılmasında uçot sisteminə nəzarəti əhəmiyyətli dərəcədə təkmilləşdirmək və xərcləri optimallaşdırmaq imkanı əldə edəcək. Biz əminik ki, “Smart kassa” yeni nəsil kassa aparatları sahibkarlar arasında tezliklə geniş yayılacaq, çünki PAŞA Bank iş adamları üçün genişləndirilmiş əlavə xidmət paketini də təqdim etməyə hazırlaşır. Bu xidmətlər arasında əmtəə qalıqlarının idarə edilməsi, məhsullara endirimlərin tətbiq olunması və onların uçotu, universal hesabatların tərtibi və s. xidmətlər var. Bir sözlə, biznes daima sahibkarın nəzarəti altında olacaq” – deyə C. Orucov qeyd edib.
PAŞA Bankın təklif etdiyi “Smart kassa” yeni nəsil kassa aparatları məhsul və xidmət obyektləri üçün (mağazalar, ictimai iaşə məntəqələri və s.) tam uyğundur, həmçinin SİM kart və ya Wi-Fi rabitəsi ilə fəaliyyət göstərdiyi üçün kuryer xidmətləri və səyyar ticarətlə məşğul olan qurumlar üçün daha sərfəli vasitədir. Artıq yeni nəsil kassa aparatı Azərbaycanın vergi qanunvericiliyində dəyişikliklər qüvvəyə mindiyi andan etibarən kassa modulunun işə salınması ilə POS-terminal kimi istifadə oluna bilər.
Aparılan əməliyyatların nəzərdə tutulan həcmini nəzərə alaraq PAŞA Bank avadanlığın ödənişsiz əsaslarla təqdim olunması imkanı da daxil olmaqla hədəf auditoriya üçün güzəştli şərtlərlə “Smart kassa” aparatlarını təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
SOCAR-ın vitse-prezidenti Sabancı Universitetinin rektoru ilə görüşüb
-
19 saat əvvəl
“Avrora Qrup” aztəminatlı ailələrə və uşaq evlərinə bayram sovqatı çatdırıb
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qayığının yanması nəticəsində 10 nəfərin xəsarət alması faktı üzrə araşdırma aparılır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək oldu
-
1 gün əvvəl
Qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 17-si axşamadək davam edəcək
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
![“Adidas” milyonlarla dollarlıq rüşvət iddialarını araşdırır](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/16/adidas.jpeg)
“Adidas” milyonlarla dollarlıq rüşvət iddialarını araşdırır
![Qayığının yanması nəticəsində 10 nəfərin xəsarət alması faktı üzrə araşdırma aparılır](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/16/qayiq.jpeg)
Qayığının yanması nəticəsində 10 nəfərin xəsarət alması faktı üzrə araşdırma aparılır
![“Meqa Sığorta” kiber riskləri də sığortalayacaq](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/08/meqa-sığorta.jpg)
“Meqa Sığorta” kiber riskləri də sığortalayacaq
![Sabahın hava proqnozu açıqlanıb](/storage/thumbnail/thumbnail/cdn/2023/avqust/23/hava_bina.jpg)
Sabahın hava proqnozu açıqlanıb
![Nazirliyə məxsus şirkətə yeni direktor təyin edilib](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/15/direktor.jpg)
Nazirliyə məxsus şirkətə yeni direktor təyin edilib
![Azərbaycan neftinin son qiyməti](/storage/thumbnail/thumbnail/cdn/2021/Aprel/14/-neftazerbaijan-oil.jpg)
Azərbaycan neftinin son qiyməti
![Pirsaat çayından sel keçib, nar bağları su altında qalıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/15/sel.png)
Pirsaat çayından sel keçib, nar bağları su altında qalıb
![1389 ədəd minik avtomobili yığılıb, 276-sı anbarlarda qalıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/15/avtomobill.jpg)
1389 ədəd minik avtomobili yığılıb, 276-sı anbarlarda qalıb
![Azərbaycanda bayram tətili başlayıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/15/TETİL.jpg)
Azərbaycanda bayram tətili başlayıb
![Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/15/Milli -Qurtuluş-Günü.jpg)