Dövlət bankının mənfəəti 2 dəfədən çox artıb
“Azər-Türk Bank” ASC 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 774 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın xalis qazancı 2,2 dəfə artıb. Belə ki, “Azər-Türk Bank” 2018-ci ilin 1-ci yarısını 353 min manat xalis mənfəətlə bağlamışdı.
FAİZ GƏLİRLƏRİ ARTIB
“Marja” Bankın rüblük hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun dövründə “Azər-Türk Bank”ın cəmi gəlirləri 15 milyon 710 min manat (10 milyon 764 min manatı faiz, 4 milyon 792 min manatı qeyri-faiz gəlirləri və 154 min manatı ehtiyatdan qayıtma), cəmi xərcləri isə 14 milyon 936 min manat təşkil edib. Nəticədə Bank ilk 6 ayı 774 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-iyun dövründə “Azər-Türk Bank”ın cəmi gəlirləri 14 milyon 233 min manat (8 milyon 112 min manatı faiz, 5 milyon 444 min manatı qeyri-faiz gəlirləri, 1 milyon 14 min manatı ehtiyatdan qayıtma və 53 min manat digər gəlirlər), cəmi xərcləri isə 13 milyon 880 min amant təşkil etmişdi. Nəticədə Bankın 353 min manat mənfəəti qalmışdı.
2019-cu ilin 1-ci yarısında 2018-ci ilin 1-ci yarısı ilə müqayisədə “Azər-Türk Bank”ın faiz gəlirləri 32,7% artıb, qeyri-faiz gəlirləri isə 12% azalıb.
Həm faiz gəlirlərinin artması və həm ehtiyatdan qayıtma “Azər-Türk Bank”ın mənfəətinin artmasını təmin edib.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 İyun 2019-cu il tarixində “Azər-Türk Bank” 336 milyon 9 min manat cəmi aktivlərə malik olub. 30 İyun 2018-ci il tarixində Bankın cəmi aktivləri 313 milyon 744 min manat təşkil etmişdi.
2018-ci ilin 1-ci yarısının yekunu ilə müqayisədə müştərilərə verilən kreditlər 25 milyon 790 min manat və ya 19,4% artaraq 30 İyun 2019-cu il tarixində 159 milyon 10 min manata çatıb.
Digər bankların “Azər-Türk Bank”a borcları təxminən 34 milyon manat və ya 56% artaraq 94 milyon 856 min manata yüksəlib. Qeyd edək ki, banklar digər banklara depozit yerləşdirərək də gəlir götürürlər.
“Azər-Türk Bank” qiymətli kağızlara da investisiyasını artırıb.
MÜŞTƏRİ HESABLARI ARTIB
“Azər-Türk Bank”ın digər banklar və maliyyə müəssisələri qarşısında öhdəlikləri 5,1% azalaraq 96 milyon 817 min manata düşüb.
“Azər-Türk Bank”ın müştərilərinin hesablarındakı vəsait artıb. Müştəri hesabları 32 milyon 145 min manat və ya 21,8% artaraq 179 milyon 554 min manata yüksəlib.
“Azər-Türk Bank” 30 İyun 2018-ci ildə 281 milyon 908 min manat cəmi öhdəliklərə malik olub. Ötən ilin eyni tarixində Bankın cəmi öhdəlikləri 259 milyon164 min manat təşkil etmişdi. Cəmi öhdəliklərin artmasına müştəri hesablarının artması təsir göstərib.
“Azər-Türk Bank” 30 İyun 2018-ci il tarixində 54 milyon 580 min manat cəmi balans kapitalına malik olub.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 18 saat sonra
- 16 saat sonra
-
1 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
-
1 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
2 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Fərid Məmmədov “Forbes”da Azərbaycanın yeni rəqəmsal erasından bəhs etdi
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
Ötən ay təyin edilən icra başçısı işdən çıxarıldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş
Azərbaycan bankı Fevralın 1-dən tarixindən islami məhsullarını təqdim edəcək - ŞƏRTLƏR























