“Bank Respublika”nın sahibləri yeni kadrlardan məmnun qalmalıdırlar
Azərbaycanın 5 ən böyük bankından biri olan “Bank Respublika” ASC 2019-cu ilin 1-ci yarısını 12 milyon 832 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,1 dəfə çoxdur. “Bank Respublika” 2018-ci ilin 1-ci yarısını 638 min manat xalis mənfəətlə bağlamışdı. Mənfətin kəskin artması “Bank Respublika”nın gəlirlərinin dəfələrlə artmasından qaynaqlanır.
“Marja” Bankın rüblük hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun dövründə “Bank Respublika”nın cəmi gəlirləri 58 milyon 939 min manat, cəmi xərcləri isə 38 milyon 128 min manat təşkil edib. Nəticədə Bankın 20 milyon 811 min manat xalis əməliyyat mənfəəti qalıb. Əməliyyat mənfəətinin 7 milyon 979 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 1-ci yarısında “Bank Respublika”nın cəmi gəlirləri 29 milyon 236 min manat, cəmi xərcləri isə 26 milyon 427 min manat, xalis əmliyyat mənfəəti 2 milyon 809 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətinin 2 milyon 171 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmışdı.
Ötən ilin 1-ci yarısında 17 milyon 767 milyon manat təşkil etmiş faiz gəlirləri 2019-cu ilin 1-ci yarısında 31 milyon 546 min manata yüksəlib (1,8 dəfə artım). Qeyri-faiz gəlirləri isə 11 milyon 469 min manatdan 27 milyon 393 min manata qalxıb (2,4 dəfə artım)
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 İyun 2019-cu il tarixində “Bank Respublika”nın cəmi aktivləri 1 milyard 215 milyon 808 min manata çatıb. Halbuki, Bank ötən il eyni tarixdə 858 milyon 777 min manat cəmi aktivlərə malik idi. 12 ay ərzində aktivlərin 357 milyon 31 min manat və ya 41,5% artması müştərilərə verilən kreditlərin və müxbir hesabların artması hesabınadır. 2018-ci ilin 1-ci yarısının sonu ilə müqayisədə müştərilərə verilən kreditlər 123 milyon 448 min manat və ya 44% artaraq 404 milyon 79 min manata çatıb. 30 İyun 2019-cu il tarixində müxbir hesablar isə 597 milyon 784 min manat təşkil edib, bu ötən ilin eyni tarixi ilə müqayisədə 164 milyon 616 min manat və ya 38% çoxdur.
MÜŞTƏRİLƏRİNİN HESABLARINDA VƏSAİTLƏRİ KƏSKİN ARTIB
“Bank Respublika”da depozitlər 2 dəfədən çox artıb. Ötən ilin 1-ci yarısının sonunda 416 milyon 191 min manat təşkil etmiş depozitlər cari ilin 1-ci yarısının sonunda 909 milyon 347 min manata çatıb. Depozitlərin artması Bankın aktivlərinin də artmasına təsir göstərib.
30 İyun 2019-cu il tarixində “Bank Respublika” 1 milyard 145 milyon 662 min manat cəmi öhdəliklərə (ötən il 810 milyon 256 min manat),70 milyon 146 min manat cəmi kapitala (ötən il 48 milyon 521 min manat) və 70 milyon 462 min manat məcmu kapitala malik olub.
2018-ci ilin sonuna olan məlumata görə, “Bank Respublika” ASC-nin nizamnamə kapitalının 43.96%-i Quliyev Natiq Saday oğluna, 16.60%-i DEG - Deutsche Investitions - und Entwicklungsgesellschaft mbH-a, 7.74%-i Quliyev Elçin Saday oğluna, 7.41%-i Quliyeva Sevda Saday qızına, 7.32%-i Quliyev Saday Əsəd oğluna, 7.17%-i Quliyeva Mariya Heydər qızına, 5.45%-i Rəhimov Şakir Xəyyam oğluna 4.25%-i SIDT-ə (Sparkassen International Development Trust GmbH) və 0.10%-i digərlərinə məxsus olub. "Bank Respublika"ya birbaşa olaraq Quliyev Natiq Saday oğlu nəzarət edir.
Banklardan birində İdarə heyətinin sədr müavini vəzifəsində çalışmış Şakir Rəhimov 2017-ci ilin əvvəlində “Bank Respublika”ya gətirilib və Müşahidə Şurasının sədri təyin edilib. Eyni zamanda, ona Bankdan pay verilib.
“Bank Respublika” ASC Müşahidə Şurasının sədri Şakir Rəhimov

Şakir Rəhimov ilə eyni vaxtda Asəf Namazov İdarə Heyətinin sədri təyin edilmişdi. 2019-cu ilin Martında “Bank Respublika”nın inkişafında böyük əməyi olan Asəf Namazov tutduğu vəzifədən öz xahişi əsasında azad edilib. Bankın İdarə Heyətinin yeni sədri vəzifəsinə Tariyel İsmayılov təyin edilib.
“30 Noyabr 2016-cı il tarixdən etibarən Müşahidə Şurasının sədri vəzifəsini özüm icra edirdim. Bankımızda digər bankların təcrübəsindən yararlanmaq məqsədilə, mən Azərbaycanda ən qabaqcıl bankirlərdən biri olan Şakir Rəhimovu Muşahidə şurasına dəvət etmişəm. Şakirlə 2014-cü ildən tanışam və elə həmin dövrdən onu banka cəlb etmək barəsində düşünmüşəm. Maliyyə bazarında baş verən hadisələr, Bank Respublikada yeni bilik və təcrübənin tətbiqinə zərurəti artırmaqla mənim qərarıma təkan oldu”,- Bankda ən böyük paya malik səhmdarı Natiq Quliyev “Marja”ya müsahibəsində bildirmişdi.
“Bank Respublika”da ən çox payı olan Natiq Quliyev

Bankın açıqladığı yüksək göstəricilər bunu deməyə əsas verir ki, yeni kadrlar “Bank Respublika”ya təkan veriblər.
"Bank Respublika” ASC-nin İdarə Heyətinin sədri Tariyel İsmayılov

Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 16 saat sonra
- 14 saat sonra
- 29 d. əvvəl
-
-
3 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
3 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
4 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 4 saat əvvəl
-
5 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Şuşa Bank və Sığorta Binası tikilib
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş





















