Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi açıldı
Bu gün Bakıda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi açılıb və “Dördüncü sənaye inqilabında trendlər” mövzusunda tədbir keçirilib.
Azərbaycan Dövlət İqtisad Universitetində təşkil edilən tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende, bir sıra dövlət qurumlarının, elm və təhsil müəssisələrinin rəhbər şəxsləri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkət və startap mərkəzlərinin nümayəndələri iştirak edib.
Əvvəlcə Dünya İqtisadi Forumunun prezidenti Borge Brende UNEC-in fəaliyyəti ilə tanış olub. Sonra İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin iştirakı ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin açılışı olub.
“Dördüncü sənaye inqilabında trendlər” mövzusunda keçirilən tədbirdə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev və Dünya İqtisadi Forumunun İcraçı Komitəsinin üzvü, Avropa, Avrasiya və Yaxın Şərq regionu üzrə rəhbəri Mirek Duşek çıxış edib, davamlı və dayanıqlı inkişafın təmin olunmasında rəqəmsallaşmanın və müasir texnologiyaların rolunu qeyd edib, özəl sektorun bu sahənin inkişafına daha geniş cəlb edilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, Azərbaycanda rəqəmsal iqtisadiyyat ekosisteminin inkişafı üçün böyük potensial var.
Tədbir çərçivəsində “Dördüncü sənaye inqilabına əsaslanan iqtisadiyyat” sessiyası keçirilib.
Sessiyada sualları cavablandıran iqtisadiyyat naziri Mikayıl Cabbarov 4Sİ texnologiyalarının və rəqəmsallaşmanın dünya iqtisadiyyatının gələcək inkişafına təsirləri barədə fikirlərini bölüşüb. Nazir bildirib ki, bu prosesdə Azərbaycanın mövqeyinin gücləndirilməsi və aparıcı ölkələr sırasında yer alması qarşımızda duran məqsədlərdəndir. Bu istiqamətdə Dünya İqtisadi Forumu və onun Dördüncü Sənaye İnqilabı Şəbəkəsi ilə əməkdaşlıq, dünyada az sayda olan Dördüncü Sənaye İnqilabı mərkəzlərindən birinin Azərbaycanda fəaliyyətə başlaması mütərəqqi texnologiyaların sürətli tətbiqinə, vətəndaşlara və ictimai marağa xidmət göstərməsinin təmin edilməsinə, rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək.
Dünya İqtisadi Forumunun prezidenti Borge Brende MDB regionunda ilk dəfə Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinin Bakıda mərkəzinin açılmasının əhəmiyyətini, iqtisadiyyatın şaxələndirilməsi və investisiyaların cəlb edilməsi baxımından önəmini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın rəqəmsallaşmanın genişləndirilməsi hədəfi üzrə qətiyyəti ölkəmizin regional bilik mərkəzinə çevriləcəyinə əminlik yaradır.
UNEC-in rektoru, professor Ədalət Muradov 4Sİ və bu çərçivədə baş verən rəqəmsallaşmanın qlobal iqtisadiyyatı yeni çağırışlarla üz-üzə qoyduğunu diqqətə çatdırıb. Bildirilib ki, dünya iqtisadiyyatının rəqəmsal transformasiyası, yüksək texnologiyalara əsaslanan istehsal ekosisteminin formalaşdırılması prosesində yaranan şərtlər 4Sİ tələblərinə cavab verən, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasını zəruri edir ki, bu istiqamətdə təhsil müəssisələri daha fəal olmalıdır.
Tədbir çərçivəsində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, həmçinin “Microsoft Azərbaycan” MMC arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.
Tədbirdə Dünya İqtisadi Forumunun prezidenti Borge Brendeyə UNEC-in fəxri doktoru diplomu təqdim olunub.
“Dördüncü sənaye inqilabında trendlər” tədbiri öz işini sessiyalarla davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 d. əvvəl
- 20 d. əvvəl
- 27 d. əvvəl
-
-
37 d. əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 38 d. əvvəl
-
39 d. əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
- 51 d. əvvəl
- 55 d. əvvəl
-
58 d. əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
1 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
1 saat əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 1 saat əvvəl
Son Xəbərlər
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dünya Bankının “Business Ready 2025” hesabatında Azərbaycanda maliyyə xidmətləri yüksək qiymətləndirilib
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
























