Expressbankda yeni vakansiyalar!
Expressbankın yeni Pərakəndə bankçılıq departamenti /Onlayn satış və telemarketinq şöbəsi, Korporativ hüquq şöbəsi/ aparıcı hüquqşünas və İnsan resursları departamentinin işçilərin cəlb olunması və motivasiyası şöbəsi / Performansın idarəolunması üzrə mütəxəssis vakansiyaları elan edib.
1. Pərakəndə bankçılıq departamenti /Onlayn satış və telemarketinq şöbəsi
Namizədə olan tələblər:
- Təhsi: ali;
- Təcrübə: Bank, bokt və ya müvafiq vəzifəyə uyğun sahədə iş təcrübəsi;
- Dillər: Azərbaycan dilində sərbəst danışıq qabilliyyəti;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- Komandada işləmək bacarığı;
Görəcəyiniz işlər:
- Onlayn kredit sifarişlərin qəbulu;
- Sifarişlərin bankın daxili prosedur və qaydalarına uyğun rəsmiləşdirilməsi üçün sənədlərin toplanmansı;
- Daxili qaydalardan kənarlaşmalar olduqda müvafiq qaydada məlumatların hazırlanması və ABİS-də qeydiyyatının aparılması;
- Daxili qaydalardan kənarlaşma olmadıqda sənədlərin hazırlanması və sənədlərin toplusunu kredit mütəxəssisinə təqdim edilməsi;
- Müştərinin kredit şərtlərinə, ödəniş qaydasına və s. dair sualların cavablandırılması;
- Sifarişlər barədə hesabatların tərtib edilməsi;
- şöbə müdiri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Bizim üstünlüklərimiz:
- Azərbaycanın aparıcı banklarının birində iş;
- Professional və maddi inkişaf perspektivləri.
- Tibbi sığorta;
- Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
2. Korporativ hüquq şöbəsi/ aparıcı hüquqşünas
Namizədə olan tələblər:
- Təhsi: ali hüquqi;
- Təcrübə: müvafiq sahədə minimum 1 (bir) il;
- Dillər: Azərbaycan (danışmağı, oxumağı və yazmağı əla), rus (oxumağı - yaxşı), ingilis (oxumağı - yaxşı);
- Microsoft Office proqramları üzrə biliklər;
- Analitik düşüncə və təhlil etmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Mülki qanunvericilik (müqavilələr, borc, girov, ipoteka, vərəsəlik hüququ) üzrə biliklər;
- Davranış etikasına riayət etmək.
Görəcəyiniz işlər:
- Kredit, ipoteka, zaminlik müqavilələrin hüquqi ekspertizası
- Bankın bağladığı digər mülki-hüquqi müqavilələrin ekspertizası
- Bankın fəaliyyəti ilə bağlı hüquqi rəylərin verilməsi;
Bizim üstünlüklərimiz:
- Azərbaycanın aparıcı banklarının birində iş;
- Professional və maddi inkişaf perspektivləri.
- Tibbi sığorta;
- Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
3. İnsan resursları departamentinin işçilərin cəlb olunması və motivasiyası şöbəsi / Performansın idarəolunması üzrə mütəxəssis
Namizədə dair tələblər:
- Ali təhsil
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərində səlis danışıq qabiliyyəti; ingilis dili arzuolunandır;
- MS Office (MS Word, MS Excel, Outlook) proqramlarından istifadə bacarığı;
- Güclü ünsiyyət, təşkilatçılıq və kommunikasiya bacarıqları;
- Çeviklik, təşəbbüskarlıq, işdə dəqiqlik və inkişafa meyilli olması;
Görəcəyiniz işlər:
- İşçi ehtiyaclarının araşdırılması və təsdiqi prosesində iştirak etmək;
- Əməkdaşların motivasiya siyasətin hazırlanmasında, tətbiqində və karyera planlamasında iştirak etmək;
- İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində, oriyentasiya və adaptasiyasının təşkili və müvafiq hesabatlığın aparılmasında iştirak etmək:
- İnsan resursları qrupunun layihələrində iştirak etmək;
- Yeni işçilər üçün adaptasiya proqramının həyata keçirilməsi;
- İşçilərin banka bağlığını və işçi məmnuniyyətinin ölçülməsi məqsədilə illik məmnuniyyət sorğularının həyata keçirilməsi;
- Fəaliyyətin qiymətləndirilməsi, əmək haqqı və motivasiya sisteminin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması;
- Effektivliyin əsas göstəricilərini (KPİ) özündə əks etdirən qiymətləndirmə sisteminin təşkilində iştirak etmək;
- Əməkdaşların motivasiyasını yüksəltmək məqsədi ilə Korporativ tədbirlərin təşkili və keçirilməsi
Bizim üstünlüklərimiz:
- Tibbi sığorta;
- Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Karyera yüksəlişi imkanı;
- Peşəkar korporativ mühitdə işləmə imkanı.
Müraciət etmək istəyən şəxslər qeyd edilən mail ünvanına müvafiq başlıq altında vakansiyanın adını qeyd edərək CV-lərini [email protected] mail ünvanına göndərə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
7 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
8 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib





















