"Azərbaycan zeytun və zeytun yağı ixrac edən ölkələrin ailəsinə qoşulacaq"
Xəbər verdiyimiz kimi, Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunun Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışında iştirak edib.
Bildirilib ki, İtaliyanın “Pieralisi” şirkəti ilə əməkdaşlıq çərçivəsində ildə 4 min ton zeytun yağı istehsal etmək gücünə malik zavod qurulub. Müəssisədə beş istehsal xətti yaradılıb. Zavodda soyuq sıxım “Extra Virgin” zeytun yağı istehsal olunur.
Prezident İlham Əliyev İtaliyanın “Pieralisi” şirkətinin nümayəndələri ilə görüşüb.
İtaliyadan olan mütəxəssislər dövlətimizin başçısı ilə görüşməkdən məmnunluqlarını ifadə etdilər.
Müəssisədə yaradılan şəraitdən razılığını bildirən Prezident İlham Əliyev bu sahənin perspektivlərindən danışaraq deyib: Azərbaycan, eyni zamanda, zeytun və zeytun yağı istehsal edən, ixrac edən ölkələrin ailəsinə qoşulacaq.
İtaliyalı mütəxəssis: Siz bu ailəyə yüksəksəviyyəli zavodla daxil olacaqsınız, birmənalı şəkildə. Birbaşa əsas liqaya keçəcəksiniz.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Əlbəttə ki, bizim istehsalı genişləndirmək planlarımız var. Beləliklə, biz, xüsusilə burada - Abşeron yarımadasında və Azərbaycanın bəzi digər ərazilərində istifadə olunmayan torpaqlardan zeytun istehsalı üçün maksimum istifadə etməyi planlaşdırırıq.
İtaliyalı mütəxəssis: Biz Sizə xidmət və dəstək göstərmək üçün buradayıq.
Prezident İlham Əliyev: Ola bilsin ki, yaxın gələcəkdə bizə istehsalı genişləndirmək lazım olacaq. Düşünürəm ki, buna görə bizim sizin şirkətlə əməkdaşlığımız strateji əhəmiyyət daşıyacaq. Çünki burada - Abşeronda, həmçinin azad edilmiş ərazilərdə potensial var. Əlbəttə ki, bütün bunlar torpaq, iqlim, məhsuldarlıq nöqteyi-nəzərdən qiymətləndiriləcək. Amma bizim önəmli iştirakçı olmaq üçün ciddi planlarımız var. Həmçinin ölkə daxilində minlərlə iş yeri və yerli istehsalı yaratmaq planlarımız var.
Qeyd edək ki, “Abşeron Zeytun Bağları” MMC-də ümumilikdə 350-dək şəxs işlə təmin olunub. Məhsulların daxili bazarla yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara da ixracı nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























