Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Yeni risklər yarandığından “Azərpambıq ASK”nın 3 ssenaridə büdcə layihəsi hazırlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni risklər yarandığından “Azərpambıq ASK”nın 3 ssenaridə büdcə layihəsi hazırlanıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadənin sədrliyi ilə “Azərpambıq ASK” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.

“Azərbaycan Sənaye Korporasiyası”nın yaydığı məlumata görə, iclasda 2022-ci ilin yenilənmiş proqnozu və 2023-cü ilin büdcə layihəsi Müşahidə Şurası üzvlərinə təqdim edilib.

Reklam_3_11

Bildirilib ki, oktyabr-noyabr ayları ərzində büdcə layihəsi Korporasiyanın mərkəzi aparatı və törəmə müəssisənin rəhbər heyəti ilə birgə müzakirə edilərək, lazımi tövsiyə və tapşırıqlar nəzərə alınmaqla hazırlanıb.

Məlumatda qeyd edilib ki, son iki ildə COVİD-19 pandemiyasının qlobal iqtisadiyyata mənfi təsiri, 2022-ci ilin fevral ayından davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış enerji böhranı, iqlim dəyişiklikləri və ABŞ dollarının uçot dərəcəsinin il ərzində bir neçə dəfə artırılması səbəbindən qlobal tekstil sənayesində iqtisadi fəallıq ciddi şəkildə aşağı düşmüş və bir sıra yeni risklər yaranmışdır. Pambıq mahlıcının birja satış qiymətinin il ərzində kəskin şəkildə aşağı düşməsi, xam pambığın tədarük qiymətinin 2022-ci il ərzində artaraq 1 ton üçün 700 manatdan 800 manata qalxması, maya dəyərinin  artması nəzərə alınmış, riskli sayılan satış bazarları və loqistika marşrutları üzrə mümkün olan diversifikasiya və optimallaşdırma tədbirləri nəzərdə tutulmuşdur. Satış həcmlərinin daha münasib qiymətlərə uyğun təyin edilməsi planlaşdırılmış, satışların aşağı olduğu aylarda təsərrüfat fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi məqsədilə dövriyyə vəsaitinə yarana biləcək tələbləri qarşılamaq üçün qısamüddətli bank krediti xəttindən istifadə üzrə yerli banklarla əməkdaşlıq qurulmuşdur. Dövriyyə vəsaitindən daha səmərəli istifadə edilməsi üçün illik satınalma və investisiya planları büdcə layihəsi ssenarilərinə müvafiq olaraq bir neçə variantda hazırlanmışdır.

Beynəlxalq nüfuzlu təşkilatların proqnozlarına istinad edilərək “Azərpambıq ASK” MMC-nin büdcə layihəsi baza, pessimist və optimist ssenarilər üzrə hazırlanaraq müəssisənin Müşahidə Şurasına təqdim edilib.

Azərpambıq-ASK
16.11.2022 10:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ