Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Baku Steel Company” QSC yeni inkişaf strategiyasını hazırlayır

"2023-cü ildən etibarən “Baku Steel Company” QSC-nin növbəti hədəfi fəaliyyətini yenilənmiş strategiya və inkişafda olan korporativ idarəetmə sistemi ilə daha uğurla davam etdirməkdir”
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Baku Steel Company” QSC yeni inkişaf strategiyasını hazırlayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qafqaz regionunun ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC 2023-2030-cu illər üzrə orta və uzun müddətli inkişaf strategiyasının hazırlanması  işlərini uğurla davam etdirir. Bunun tərkib hissəsi olaraq artıq Cəmiyyətin ümumi inkişaf və transformasiya konsepsiyasının hazırlanması, korporativ idarəetmə sisteminin təkmilləşdirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilir. 

Marja xəbər verir ki, bunu, “Baku Steel Company” QSC-nin Baş Direktorunun 1-ci müavini Polad Hümmətov bildirib. 

Reklam_3_11

Polad Hümmətov əlavə edib ki, İnkişaf strategiyamızın hazırlanmasında qabaqcıl beynəlxalq təcrübə və metallurgiya sənayesində müşahidə olunan qlobal trendlər öyrənilir:

"Belə ki, dünyanın nüfuzlu konsaltinq şirkətləri ilə birlikdə strategiyanın hazırlanması, mümkün investisiya qoyuluşlarının qiymətləndirilməsi, Cəmiyyətə məxsus bütün istehsalat müəssisələrində hazırkı texniki və texnoloji vəziyyətin diaqnostikası və təkmilləşdirilməsi yönündə işlər davam etdirilir.  Onu da vurğulamaq istərdim ki, “Baku Steel Company” QSC üçün ən mühüm məqamlardan biri istehsalat prosesində əməyin təhlükəsizliyi və işçilərinin sağlamlığının tam şəkildə təmin edilməsidir. Bu istiqamətdə Cəmiyyətin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsinin (SƏTƏMM) metallurgiya sənayəsində olan beynəlxalq praktikaya uyğun təkmilləşdirilməsi məqsədilə  prosesə Avropa ölkələrindən də mütəxəssislər cəlb olunmuşdur. 2023-cü ildən etibarən “Baku Steel Company” QSC-nin növbəti hədəfi fəaliyyətini yenilənmiş strategiya və inkişafda olan korporativ idarəetmə sistemi ilə daha uğurla davam etdirməkdir”.

Baş Direktorun 1-ci müavini qeyd edib ki, ağır sənaye, o cümlədən qara metallurgiya Azərbaycanda qeyri-neft sektorunun önəmli sahələrindəndir və onun inkişafı prioritet məsələlərdən biri hesab edilir. Ölkədə dağ-mədən sənayesi və metallurgiya kompleksinin inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” adlı sənəddə də yer alır. “Baku Steel Company” QSC-nin orta və uzun müddətli inkişaf strategiyasının hazırlanması isə dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasına dəstək baxımından da mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, “Baku Steel Company” QSC hazırda yüksək keyfiyyətdə armatur, katanka (məftil), dairəvi çubuqlar, tikişsiz borular, kvadrat və dairəvi pəstahlar, habelə çeşidli fasonlu tökmələr istehsal edir. 20 ildən artıq fəaliyyəti dövründə, nəinki Azərbaycanın, bütün regionun tanınmış brendinə çevrilən “Baku Steel Company” QSC-nin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı, Avropa, Amerika və Asiyanın, ümumilikdə, 20-dən çox ölkəsinə ixrac olunur.

2022-ci ilin oktyabr ayında isə “Baku Steel Company” QSC dünya metallurqlarının nüfuzlu beynəlxalq təşkilatı hesab edilən “World Steel Association”a (Dünya Polad Assosiasiyası) müntəzəm üzvlüyə qəbul olunub.

Polad Hümmətov Baku Steel Company strategiya metallurgiya armatur katanka məftil borular
25.11.2022 09:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ