"Turanbank" 2023-cü ili 7,6 milyon manat əməliyyat mənfəəti ilə başa vurub
"Turanbank" ASC 2023-cü il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Turanbank"ın cəmi aktivləri 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyon 952 min manat artaraq 31 dekabr 2023-cü il tarixində 822 milyon 773 min manat təşkil edib.
KREDİT PORTFELİ 81 MİLYON MANATA YAXIN ARTIB
2023-cü ildə "Turanbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 80 milyon 861 min manat və ya 14,7% artaraq 629 milyon 356 min manata yüksəlib. O cümlədən, Bankın istehlak kreditləri portfeli 3 milyon 789 min manat artaraq 142 milyon 582 min manata, biznes kreditləri portfeli 53 milyon 776 min manat artaraq 367 milyon 631 min manata, ipoteka kreditləri portfeli isə 23 milyon 295 min manat artaraq 119 milyon 143 min manata qalxıb.
BANKDA ƏHALİNİN ƏMANƏTLƏRİ ARTIB
Ötən il "Turanbank"da cəmi depozitlər 29 milyon 606 min manat artaraq 458 milyon 880 min manata yüksəlib. O cümlədən, Bankda fiziki şəxslərin depozitləri 66 milyon 665 min manat artaraq 394 milyon 569 min manata qalxıb.
CƏMİ GƏLİRLƏRİ ARTIB
2023-cü ildə "Turanbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 91 milyon 970 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 84 milyon 349 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 7 milyon 621 min manat təşkil edib. Ötən il "Turanbank" 17 milyon 510 min manat vəsaiti mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "Turanbank"ın cəmi əməliyyat gəlirləri 76 milyon 765 min manat, cəmi əməliyyat xərcləri 68 milyon 311 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 8 milyon 454 min manat təşkil etmişdi. Bank 5 milyon 737 min manat vəsaiti mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı.
Ötən il "Turanbank"ın cəmi əməliyyat gəlirlərinin 15 milyon 205 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 16 milyon 38 min manat artıb.
31 dekabr 2023-cü il tarixində "Turanbank" 85 milyon 116 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
23 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 20 saat sonra
-
-
6 d. əvvəl
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib
- 17 d. əvvəl
-
25 d. əvvəl
İyun ayında da daşınmaz əmlak qiymətləri artıb – torpaq bazarı liderdir
-
45 d. əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
-
49 d. əvvəl
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azenco”nun sabiq rəhbərinin həbs edilldiyi bildirilir - 3 milyon manatdan çox mənimsəmə
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
“Azenco”nun sabiq rəhbərinin həbs edilldiyi bildirilir - 3 milyon manatdan çox mənimsəmə
Ən çox oxunanlar
Palma yağı təhlükəlidirmi? - Qoşqar Təhməzlidən açıqlama
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir
Ramanada torpaq sahələrini satan 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərilib
Bakı ilə Bratislava arasında birbaşa reys açılır - TARİX
Azərbaycan neftinin son qiyməti
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib























