"AccessBank"ın həm kredit, həm də depozit portfeli 1 milyard manatı keçib, xalis mənfəəti 2,6 dəfə artıb
"AccessBank" QSC 2023-cü ili 39 milyon 838 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 15 milyon 37 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, "AccessBank"ın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 24 milyon 801 min manat və ya 2,6 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2023-cü ildə "AccessBank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 213 milyon 217 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 156 milyon 524 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 56 milyon 693 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 16 milyon 855 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "AccessBank"ın cəmi əməliyyat gəlirləri 153 milyon 633 min manat, cəmi əməliyyat xərcləri 129 milyon 299 min manat, əməliyyat mənfəəti 24 milyon 334 min manat, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma 9 milyon 297 min manat təşkil etmişdi.
Ötən il "AccessBank"ın gəlirlərinin 59 milyon 584 min manat artmasına qarşılıq, xərcləri 27 milyon 225 min manat artıb. Bununla əlaqədar olaraq Bankın əməliyyat mənfəəti 32 milyon 359 min manat daha çox olub.
KREDİT PORTFELİ 1 MİLYARD MANATI AŞIB
2023-cü ildə "AccessBank"ın cəmi aktivləri 223 milyon 432 min manat artaraq 31 dekabr 2023-cü il tarixində 1 milyard 392 milyon 287 min manat təşkil edib. Bankın kredit portfeli isə 200 milyon 216 min manat və ya 24,6% artaraq 1 milyard 13 milyon 765 min manata çatıb. O cümlədən, Bankın istehlak kreditləri portfeli 53 milyon 322 min manat artaraq 227 milyon 537 min manata, biznes kreditləri portfeli 146 milyon 28 min manat artaraq 780 milyon 45 min manata, ipoteka kreditləri portfeli 866 min manata artaraq 6 milyon 183 min manata yüksəlib.
BANKDA DEPOZİTLƏR DƏ 1 MİLYARD MANATI KEÇİB
Keçən il "AccessBank"da cəmi depozitlər 191 milyon 521 min manat və ya 18,2% artaraq 1 milyard 51 milyon 575 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 123 milyon 453 min manat artaraq 842 milyon 466 min manata, hüquqi şəxslərin depozitləri isə 68 milyon 68 min manat artaraq 209 milyon 109 min manata yüksəlib.
31 dekabr 2023-cü il tarixində "AccessBank" 143 milyon 465 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
48 d. əvvəl
Azərbaycanın nəqliyyat məlumatları “Google Maps” və “Rome2Rio”ya ötürüləcək
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rusiyanın qızıl ehtiyatları son 6,5 ilin ən aşağı səviyyəsinə düşüb
-
8 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
9 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
9 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
9 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm obyektləri 5 xarici dildə “danışacaq”
Rusiyanın qızıl ehtiyatları son 6,5 ilin ən aşağı səviyyəsinə düşüb
Ən çox oxunanlar
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır










.jpg)













