Bank sektoru 2023-cü ili necə başa vurub? - MƏRKƏZİ BANK RƏQƏMLƏRİ AÇIQLADI
31 dekabr 2023-cü il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 49 milyard 178.2 milyon manat, cəmi öhdəlikləri 43 milyard 114.8 milyon manat, balans kapitalı 6 milyard 63.4 milyon manat olmuşdur. Dekabr ayında bankların cəmi aktivləri, сəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 6.5%, 7.4% və 0.9% artmışdır.
Dekabr ayında bankların kredit portfeli 1.3% və ya 301.7 milyon manat artaraq 23 milyard 183 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54.4% (12 milyard 616.8 milyon manat);
ıı) istehlak kreditləri – 29.9% (6 milyard 937 milyon manat)
ııı) ipoteka kreditləri – 15.7% (3 milyard 629.2 milyon manat).
Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 195.5 milyon manat (+1.6%), 67.3 milyon manat (+1%) və 38.9 milyon manat (+1.1%) artmışdır. Ümumilikdə, 2023-cü ildə bankların kredit portfeli 18.3% və ya 3.6 milyard manat artmışdır. Kredit portfelinin artımının 49%-i biznes, 33%-i istehlak, 18%-i isə ipoteka kreditləri hesabına təmin edilmişdir.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.1 faiz bəndi azalaraq 1.8% təşkil etmişdir.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 80.1%-i və ya 34 milyard 550.1 milyon manat. Depozit portfelinin 63.6%-i (21 milyard 967.9 milyon manat) hüquqi şəxslərin, 36.4%-i (12 milyard 582.2 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
2023-cü ilin dekabr ayında fiziki şəxslərin əmanətləri 2.7% və ya 328.6 milyon manat artaraq 12 milyard 582.2 milyon manat təşkil etmişdir. Aylıq artımın 96.5%-i milli valyutada, 3.5%-i xarici valyutada əmanət hesabına olmuşdur. Fiziki şəxslərin əmanət portfelinin 54.7%-i (6 milyard 882.1 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 468.4 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 79.5%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması dekabr ayında əvvəlki aya nəzərən 1 faiz bəndi, ilin əvvəlinə nəzərən isə 6 faiz bəndi azalaraq 33.2% təşkil etmişdir.
2023-cü ildə banklar 1 milyard 76.4 milyon manat xalis mənfəət, 1 milyard 641.2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. 2023-cü il ərzində banklar tərəfindən ümumilikdə 308.2 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18% və ya 46.7 milyon manat daha çoxdur.
31 dekabr 2023-cü il tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 475, şöbələrinin sayı 96, ATM-lərin sayı 3,040 olmuşdur.
Hesabat ayında bank sektorunda çalışanların sayı 215 nəfər artaraq 23 min 569 nəfər təşkil etmişdir.
Monetar sektor
Cari ilin dekabr ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 19.6% artaraq 35 milyard 371.8 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 836.2 mln. manat artaraq 2 milyard 598.2 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesabları və qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dekabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 360 min ədəd artaraq 16 milyon 925 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 24.2% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 24.6%, kredit kartları üzrə 21.5% təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 122 min, kredit kartları 393 min, digər kartlar isə 2.7 mln. ədəd artmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artmışdır. 2023-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 5 milyard 798 milyonmanat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 4 milyard 801 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 987 milyon manatı POS-terminallar, 9 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 55.6%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin dekabr ayının sonu ilə müqayisədə bankomatların sayı 1.4%, POS-terminalların sayı 8.2% artmışdır.
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
8 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 11 saat əvvəl
-
11 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
12 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
12 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb






















