"Məxfiliyi saxlamaqla sərvətin idarə edilməsini təklif edirik" - MÜSAHİBƏ
“Etimad, məxfilik və müştərinin maliyyə rahatlığı “PASHA Private Banking” fəlsəfəsinin təməlində dayanır”“PAŞA Bank”ın Özəl Bankçılıq blokunun baş direktoru Aqşin Mirzəzadə ilə müsahibə.
- Aqşin bəy, “PASHA Private Banking” və onun fəlsəfəsinin təməlində hansı dəyərlər dayanır?
- 2010-cu ildə fəaliyyətə başlayan “PASHA Private Banking” Azərbaycan bazarında xidmət göstərən ilk yerli “private banking” institutudur. Biz beynəlxalq təcrübəni mənimsəyərək və yerli bazarın xüsusiyyətlərini nəzərə alaraq, müştərilərlə uzunmüddətli və etibarlı əlaqələr qurub, onların məqsədlərinə uyğun fərdi və fərqli yanaşma əsasında maliyyə xidmətləri və məhsullarını yüksək keyfiyyətlə təqdim edirik. “PASHA Private Banking” ilk dəfə “private banking” yanaşmasını Azərbaycanda tətbiq edib.
İllər ərzində böyüyən “PASHA Private Banking” bu gün müştərilər üçün “private banking” xidmətləri və əsas fəaliyyət sahəsi olan sərvətin idarə edilməsini təklif edir. Müştəri sərvətlərinin idarə olunmasında riski müştərinin risk iştahasına və məqsədlərinə uyğunlaşdırmaq və düzgün şəkildə idarə etmək, eyni zamanda sərvətlərin potensialını reallaşdırmaq xüsusi yanaşma tələb edir.
Bir sözlə, “PASHA Private Banking” fəlsəfəsinin təməlində etimad, məxfilik və müştəriləri maliyyə rahatlığı ilə təmin etmək və kompleks həlləri təqdim etmək öhdəliyi dayanır. Bizim başlıca məqsədimiz müştərilərimizin həyatını asanlaşdırmaq, sərvətlərini artırmaq və gələcək nəsillərə ötürməkdir.
- “Private banking” və yerli bazarda geniş şəkildə təqdim olunan “VIP” bankçılıq xidmətləri arasında əsas fərq nədir?
- İlk öncə qeyd etmək istərdim ki, növbəsiz bankçılıq və şəxsi menecerin olması bu xidmətin “private banking” adlandırılması üçün kifayət deyil. “Private banking” - müştərilər ilə bank arasında etibara əsaslanan və uzunmüddətli münasibət deməkdir. Bu münasibət müştəriyə, onun ailə üzvlərinə sərgilənən fərdi yanaşma və müştəri yönümlülüyü ilə fərqlənir. Standart məhsullarla, amma VİP adı altında müştəri kütləsinə xidmət edən bankçılıqdan fərqli olaraq, “private banking” hər bir müştəri üçün fərdi həll yollarına diqqət yetirir.
Məsələn, “PASHA Private Banking” müştərilərə ölkədə ilk dəfə olaraq maliyyə konsultasiya və sərvətin idarə olunması xidmətləri, müvafiq risk iştahası üzrə investisiya strategiyasının həyata keçirilməsi və s. özəl xidmətlər təklif edib. Hər bir müştəri onlara verilən xüsusi imtiyazlardan faydalana bilir.
Beləliklə, “PASHA Private Banking” olaraq əsas prioritetimiz güclü və uzunmüddətli əlaqələr qurmaq, müştəriyə özəl xidmət göstərmək, tam məxfiliyi təmin etmək və geniş çeşiddə investisiya xidmətləri təqdim etməkdir.
- “PASHA Private Banking” yeni eksklüziv ödəniş kartlarını dövriyyəyə buraxıb. Bu kartlar maliyyə bazarında təklif olunan digər kartlardan nə ilə fərqlənir?
- Yeniliklər sahəsində həmişə öndə olan “PASHA Private Banking” öz müştəriləri üçün bu günlərdə xüsusi ödəniş kartlarını - “Horizon” və “Heritage” kartlarını təqdim etdi.
Kartların “Horizon” və “Heritge” adlandırılmasında ilham mənbəyimiz müştərilərimiz qarşısındakı yeni perspektivləri, açılan yeni üfüqləri birgə kəşf etməkdir. Həmçinin əsas əzmimiz qazanılan sərvəti qoruyub növbəti nəsillərə miras olaraq çatdırmaqdır.
Bu kartlara sahiblik eksklüziv yanaşma, fərqli dəyər və premium bank xidmətləri deməkdir.
- Müştəri məmnuniyyətini təmin etmək üçün “PASHA Private Banking” indiyə qədər hansı mühüm işlər görüb?
- Ötən il açılışı olan yeni ofisimiz ənənəvi bankçılığı üstün tutan müştərilərimiz üçün atdığımız mühüm addımlardan biridir. Xüsusilə, söhbət aktivlərin və sərvətin idarə olunmasından getdikdə, hər bir məhsul və bank həllinə individual yanaşma tələb olunduqda, müştərilər real mütəxəssislərlə ünsiyyətdə olmağı üstün tuturlar. Ofis yüksək keyfiyyətli, təhlükəsiz və konfidensial xidmətin təmin olunması üçün bütün şəraitlə təchiz olunmuşdur.
Ənənəvilik vacib olsa da, dünya dəyişir və inkişaf edir. Texnologiyalar, nəsillər yenilənir və biz müştərilərimizin rahatlığını maksimal şəkildə saxlamaq üçün bu texnologiyalardan geri qalmırıq. Məqsədimiz sadəcə mobil tətbiq yaratmaq deyil, “private bankıng” üçün rəqəmsal filial qurmaqdır. “PASHA Private Banking” yuxarıda sadaladığım xidmətləri ən yüksək səviyyədə davam etdirir. Xidmətlərin rəqəmsallaşdırılmasına böyük diqqət ayrılır və mobil tətbiqdə bu yöndə ciddi işlər görülüb.
Fəaliyyətimiz bir sıra nüfuzlu beynəlxalq mükafatlarla, o cümlədən “Ən yaxşı Private Banking xidmətləri təqdim edən bank”, “Ən yaxşı investisiya bankı”, “Ən yaxşı bank qrupu” mükafatları ilə təltif edilib. Bu mükafatların alınmasında müştərilərin illər ərzində “PASHA Private Banking”ə göstərdiyi etimadın rolu böyükdür.
“PASHA Private Banking” üçün əsas strategiya - müştəri məmnuniyyətidir. Qeyd etdiklərimi nəzərə alaraq, əminliklə deyə bilərəm ki, dəyərli müştərilərimiz “PASHA Private Banking”in verdiyi imtiyaz və fürsətləri dəyərləndirib, onlara göstərilən yüksək səviyyəli xidmətdən məmnun qalacaqlar.
- Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
42 d. əvvəl
Azərbaycanın nəqliyyat məlumatları “Google Maps” və “Rome2Rio”ya ötürüləcək
- 49 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Rusiyanın qızıl ehtiyatları son 6,5 ilin ən aşağı səviyyəsinə düşüb
-
8 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
8 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
9 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
9 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm obyektləri 5 xarici dildə “danışacaq”
Rusiyanın qızıl ehtiyatları son 6,5 ilin ən aşağı səviyyəsinə düşüb
Ən çox oxunanlar
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır










.jpg)













