Yanvarda Azərbaycan bankları 100 milyon manata yaxın xalis mənfəət əldə ediblər
31 yanvar 2024-cü il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 49 milyard 296.8 milyon manat, cəmi öhdəlikləri 43 milyard 144.4 milyon manat, balans kapitalı 6, milyard 152.4 mln. manat olmuşdur. Yanvar ayında bankların cəmi aktivləri, сəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 0.2%, 0.1% və 1.5% artmışdır.
Mrarja.az xəbər verir ki, bu, Mərkəzi Bankın aylıq Bülletenində bildirilir.
Qeyd edilib ki, Yanvar ayında bankların kredit portfeli 1.7% və ya 383.4 milyon manat artaraq 23 milyard 566.4 milyon manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.8% (12 milyard 912.9 milyon manat); ıı) istehlak kreditləri – 29.7% (7 milyard 8 milyard manat) və ııı) ipoteka kreditləri – 15.5% (3 milyard 645.5 milyon manat). Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 296.1 milyon manat (+2.3%), 71 milyon manat (+1%) və 16.3 milyon manat (+0.4%) artmışdır.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 1.9% təşkil etmişdir
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81.1%-i və ya 34 milyard 995.4 milyon manat. Depozit portfelinin 63.3%-i (22 milyard 164.2 milyon manat) hüquqi şəxslərin, 36.7%-i (12 milyard 831.2 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
2024-cü ilin yanvar ayında fiziki şəxslərin əmanətləri 2% və ya 249.1 milyon manat artaraq 12 milyard 831.2 milyon manat təşkil etmişdir. Fiziki şəxslərin əmanət portfelinin 55.4%-i (7 milyard 113.2 milyon manat) müddətli əmanətlərdən ibarətdir.
Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 499.8 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 79%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması yanvar ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.8 faiz bəndi azalaraq 35% təşkil etmişdir.
2024-cü ilin yanvar ayında banklar 99.6 milyon manat xalis mənfəət, 143.6 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər.
Cari ilin yanvar ayında manatla geniş mənada pul kütləsi (M2) ötən ilin yanvar ayına nəzərən 18.4% artaraq 34 milyard 235.3 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 102 milyon manat azalaraq 2 milyard 496.1 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki azalma ilə əlaqədardır.
31 yanvar 2024-cü il tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 475, şöbələrinin sayı 104, ATM-lərin sayı 3,044 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 64 nəfər artaraq 23,633 nəfər təşkil etmişdir.
Müştərilərin xəbərləri
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
7 saat əvvəl
Avtomobil nəhəngi milyardlarla avro zərərə düşdü – Zavodların bağlanması gündəmdədir
-
8 saat əvvəl
Avropa Mərkəzi Bankı faizləri dəyişmədi – Enerji qiymətlərinin artması ilə bağlı xəbərdarlıq etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
Maliyyə Nazirliyinin hərraclarının əksəriyyəti baş tutmur – səbəbi açıqlanıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dollar alışında ailə üzvlərinə məhdudiyyət var? – Taleh Kazımov üçün SÜRPRİZ
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İlham Əliyev Türkiyədəki Zirvə görüşündə iştirak edə bilməyəcək
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - “Həmin maddəni masanın üstünə qoyun”
Valyuta hərraclarında nə qədər dollar satıldığı açıqlanıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
İlham Əliyev Türkiyədəki Zirvə görüşündə iştirak edə bilməyəcək
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
Azərbaycan və Gürcüstan arasında yeni iqtisadi razılaşma imzalanacaq




























