"Fitch Ratings" Azərbaycanın bank sektorunun fəaliyyətinə müsbət təsir edən amilləri açıqlayıb
"Qafqaz regionunda bir sıra banklar 2022-2023-cü illərdə rekord səviyyədə yüksək göstəricilər əldə edib və biz bunun davam edəcəyini gözləyirik".
Bu barədə "Fitch Ratings" beynəxalq reytinq agentliyinin açıqlamasında bildirilib. Agentlik qeyd edib ki, region bankları müsbət suveren kredit reytinqlərinin yaratdığı əlverişli əməliyyat mühiti və sürətli iqtisadi artımdan faydalanıb. Bu ölkələrdə aktivlər üzrə yüksək faiz dərəcələri və yüksək likvidliyin yaratdığı aşağı maliyyələşdirmə xərcləri, o cümlədən faiz gəlirlərinin 1-2% həcmində artması bank sektorunun mənfəətliliyinə təsir edib. Yüksək neft qiymətləri və aktivlərin keyfiyyəti ilə bağlı risklərin azaldılması Azərbaycan banklarının fəaliyyətinə müsbət təsir edib.
Vurğulanıb ki, Azərbaycanda sürətli kredit artımı və bankların səhmdarlarına böyük həcmdə dividend ödəmələri kapital əmsallarına təsir etsə də, yüksək gəlirlilik fonunda kapitallaşmanın məqbul səviyyədə qalacağı gözlənilir.
"Fitch" qeyd edib ki, əlverişli makroiqtisadi şərait və sağlam kredit artımı regionda kredit keyfiyyət göstəricilərində davamlı təkmilləşmələri dəstəkləyir. Müsbət dinamika bankların keçmiş risklərinin əhəmiyyətli dərəcədə azaldığının müşahidə edildiyi Azərbaycanda xüsusilə nəzərə çarpır.
Agentlik həmçinin hesab edir ki, region ölkələrinin bank sektoru üzrə likvidlik yüksəkdir. Belə ki, Ermənistan və Gürcüstanda 2022-ci ildə əhəmiyyətli qeyri-rezident daxilolmalarından sonra 2023-cü ildə depozitlərin həcmi sabit olub. Bank sektoru üzrə kredit/depozit nisbəti (LDR əmsalı) 2023-cü ilin sonunda 90%-100% təşkil edib. Azərbaycanda isə bu nisbət 60%-lə MDB+ regionunda ən yüksək göstəricilərdən biridir.
"Son illərdə regionda banklar üzrə müsbət reytinqlərin artması müşahidə olunur. Biz Ermənistan banklarını əhəmiyyətli dərəcədə təkmilləşdirən kredit göstəricilərini əks etdirərək təkmilləşdirdik və 2024-2025-ci illərdə göstəricilərin tarixi normaları üstələyəcəyini gözləyirik. Azərbaycan və Gürcüstanda bir neçə bank üzrə müsbət proqnoz verilməsi onların yüksək potensialına işarə edir" - "Fitch" əlavə edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
-
-
3 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
- 26 d. sonra
-
21 d. əvvəl
Gələn ildən banklar 4 istiqamət üzrə dayanıqlılıq məlumatlarını açıqlayacaq
- 23 d. əvvəl
-
40 d. əvvəl
Süni intellekt "fırtınası" – Proqram təminatı nəhəngi 10 min iş yerini ləğv edə bilər
- 42 d. əvvəl
-
50 d. əvvəl
“Bank of Baku”nun sədrinin səlahiyyət müddətinin uzadılması gündəmə gətirilib
-
1 saat əvvəl
Dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük ödənişləri alınmayacaq
-
1 saat əvvəl
Elektron əmtəə-nəqliyyat qaiməsi olmayan yüklərin avtomobillə daşınmasına görə cərimə olacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Süni intellekt "fırtınası" – Proqram təminatı nəhəngi 10 min iş yerini ləğv edə bilər
Ən çox oxunanlar
Elektron əmtəə-nəqliyyat qaiməsi olmayan yüklərin avtomobillə daşınmasına görə cərimə olacaq
Avtomobil nəhəngi Avropada istehsalı dayandırır - Çin avtomobillərinin rəqabət təzyiqi artır
Azərbaycan neftinin son qiyməti
“AzInTelecom” X Beynəlxalq Bankçılıq Forumunda əsas tərəfdaş olub
Azərbaycanın çay idxalı ixracından 12 dəfə çox olub
“Azər Türk Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağının tarixi dəyişdirilib
Rəsmi məzənnələr açıqlandı























