970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər

Şübhəli köçürmələrdə müştəri banka izahat verə bilər
AzVak-mobil_resmin_ustu_31
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
iç səhifə xəbər şəkil altı (mobil)_32

"Gündəlik 20 min manatlıq pul köçürməsi şübhə doğura bilər".

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun yarım illik "Maliyyə Sabitliyi Hesabatı" ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

"Şəxsən mən də bank müştərisiyəm və düşünürəm ki, insanların böyük əksəriyyətinin hər gün müxtəlif kartlardan 20 min manat və daha çox vəsait qəbul etməsi adi hal deyil. Belə əməliyyatlar baş verirsə, onların səbəbləri araşdırılmalıdır. Bu, vergidən yayınma və yaxud qumar oyunları ilə bağlı fəaliyyət kimi risklərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Pul göndərilməsi ilə bağlı əməliyyatlarda da eyni yanaşma tətbiq olunur. Vəsaitin qəbul edilməsi zamanı limit aşıldıqda belə, müştəri banka müraciət edərək əməliyyatın mahiyyətini izah edə bilər. Bank araşdırma apardıqdan sonra əməliyyatın qumar oyunları və yaxud digər şübhəli fəaliyyətlə əlaqəli olmadığı qənaətinə gələrsə, onun həyata keçirilməsinə icazə verə bilər", - deyə o qeyd edib.

AMB rəsmisinin sözlərinə görə, burada əsas məqsəd əməliyyatlara əsassız məhdudiyyət qoymaq deyil, riskləri müəyyənləşdirməkdir:

"Hər hansı tənzimləmə tətbiq edilərkən müəyyən limitlərin kimlərinsə maraqlarına uyğun gəlməməsi mümkündür. Lakin biz ümumi mənzərəyə, risklərin təhlilinə və əldə olunan nəticələrə baxmalıyıq. Qiymətləndirməliyik ki, bankların tətbiq etdiyi limitlərin cəmiyyət üçün faydası nə qədərdir və bu tədbirlər nəticəsində hansı risklərin qarşısı alınır".

 Hər gün yeni vakansiyalar - AzVak.az-da

© Report

Azərbaycan Mərkəzi Bankı AMB Şahin Mahmudzadə bank kartlarına köçürmə kartdan karta pul köçürməsi gündəlik 20 min manat bank limitləri kart köçürmə limitləri şübhəli bank əməliyyatları vergidən yayınma qumar əməliyyatları bank nəzarəti pul köçürmələri maliyyə təhlükəsizliyi kart əməliyyatlarının araşdırılması
15.10.2026 15:25
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19