Rusiyanın ən böyük aeroportu özəlləşdirilir
Moskvanın Şeremetyevo aeroportu tam olaraq özəlləşdiriləcək: hazırda Rusiyanın ən böyük hava limanının səhmlərinin 30%-dən çoxu dövlətə məxsusdur.
Məlumata görə, Rusiyanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyinə fərdi səhmdarlardan (“Sheremetyevo Holding” MMC-dən) sözügedən aeroportun “Şeremetyevo Beynəlxalq Aeroportu” ASC-də dövlət payının satın alınmasına dair sorğu daxil olub.
“Şeremetyevo” şirkətinin səhmlərinin 66,1%-i “Sheremetyevo Holding”ə, 30,46%-i Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyə, qalan hissəsi isə “Aeroflot” və “VEB Capital” şirkətləri məxsusdur.
Qeyd edək ki, 2019-cu ilin sonunda Şeremetyevo hava limanının 2020-2022-ci illəri əhatə edən federal əmlakın özəlləşdirmə proqramına daxil edildiyi məlum oldu.
Şeremetyevo Avropanın 10 ən yaxşı hava limanı siyahısında 8-ci sırada yer alır. Ötən ilin yekunlarına görə, aeroportda sərnişin axını 9% artaraq 49,9 mln. sərnişinə çatıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 39 d. əvvəl
-
-
42 d. əvvəl
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
-
58 d. əvvəl
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
-
1 saat əvvəl
Ötən il 1 milyon manatdan baha satılan mənzillərin sayı 42 olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
23 sentyabr saat 11:00 – Mərkəzi Bank faiz qərarını elan edəcək
Azərbaycanda hər iki satılan mənzildən biri yeni tikilidir
Azərbaycanda evi ən çox bu yaşda olanlar alır
Gəncədə mənzil alan qadınlar kişiləri qabaqlayıb
Ən çox oxunanlar
Abşeronda mənzillərin 21%-ni şirkətlər alıb
Azərbaycanda hər 6 mənzildən yalnız 1-i ipoteka ilə alınır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


























