Bu gün neft ilə bağlı kritik qərar gözlənilir - QİYMƏTLƏR ARTA DA, ÇÖKƏ DƏ BİLƏR
Əgər yığıncaqda hasilatın azaldılması barədə qərar qəbul olunmasa qiymətlərin yenidən çökə biləcəyi gözlənilir.Bu gün OPEC + koalisiyası adlandırılan Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və Birliyə üzv olmayan ölkələrin yığıncağı keçiriləcək. Yığıncaqda neft hasilatının azaldılması müzakirə ediləcək.
Marja xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq tələbdəki çöküşün dərinləşdiyi bir mühitdə, dünyanın neft istehsal edən ölkələrinin istehsalı azaltmaq mövzusunda razılaşmaya yaxın görünmələrinin təsiri ilə neft qiymətləri yüksəlişini davam etdirib.
Məlumata görə, Rusiya istehsalını, cəmi istehsalının 15%-inə bərabər gələn bir miqdar olan gündəlik 1.6 milyon barel azaltmağa hazırdır.
Əlcəzairin energetika naziri bu gün keçiriləcək OPEC + koalisiyasının yığıncağında "istehsalın gündəlik 10 milyon barel azaldılmasının" müzakirə ediləcəyini söyləyib.
G-20 ölkələrinin energetika nazirləri də Cümə günü ola biləcək razılaşmaya daha böyüh həcmdə dəstəyi müzakirə edəcəklər.
ABŞ Prezidenti Donald Tramp, Rusiya və Səudiyyə Ərəbistanına istehsalı azaltmaları üçün böyük bir diplomatik təzyiq edir. O, kəskin düşən qiymətlərin istehsalda bir geriləmə yaratması ilə, ABŞ-ın istehsal azaltmasının "avtomatik" olaraq reallaşacağını bildirib.
Ancaq Moskva, müzakirələrin müvəffəqiyyətsizliklə nəticələnməsi ehtimalının olduğuna işarə edərək, ABŞ-ın vədinə şübhəli yanaşmasını davam etdirir. Kremlin spikeri Dmitri Peskov, Rusiyanın düşən tələb ya da daha aşağı qiymətlərə görə reallaşdırılacaq istehsal azaltmasını gerçək bir istehsal azaltması olaraq görmədiyini qeyd edib.
Səudiyyə Ərəbistanı və Rusiya arasında bir aydır davam edən qiymət müharibəsinin gözlənilən başa çatması, qlobal enerji tələbinin daha çox düşdüyü bir mühitdə reallaşır. Dünyanın üçüncü ən böyük neft istehlakçısı Hindistanda neft tələbi, dünyanın ən böyük milli karantininin tətbiq edilməsi ilə 70% azalıb. ABŞ-ın ən böyük neftayırma zavodlarından bəziləri, bu ölkədə neft istehlakının ən azı 30 ilin ən aşağı səviyyəsinə geriləməsi ilə bağlanmaq ilə qarşı-qarşıyadır.
"CMC Markets"in bazar strateqi Michael McCarthy, "Müzakirələr çətin keçəcək. ABŞ, şist nefti istehsalçılarının iflas etməmələrini istəyərkən, Moskva hələ də bu şirkətlərin iflas olmasını görmək istəyir",- deyib.
Bakı vaxtı ilə saat 09:50-də Brent nefti 33,41 dollardan alıcı tapıb. Bu gün neft 2%-ə yaxın bahalaşıb.
“HASİLATIN 10 MİLYON BAREL AZALDILMASI BELƏ PROBLEMİ HƏLL ETMƏZ”
Beynəlxalq Enerji Agentliyinin (UEA) sədri Fateh Birol bu gün keçiriləcək OPEC yığıncağına dair, "Gündəlik hasilatın 10 milyon barel azaldılması belə problemi həll edə bilməz. Yəni bazardakı pisə gediş davam edəcək, onun üçün mən Səudiyyə Ərəbistanı və digər ölkə nazirlərilə danışaraq bu Cümə günü G20-nin fövqəladə yığıncağının keçirməsi təklifi ilə çıxış etmişəm. Burada daha təsirli qərarlar qəbul edilə bilər. Hasilat daha böyük həcmdə azaldılmalıdır",- deyib.
Birol, hasilatın 10 milyon barel azaldılmasının bazarlara yalnız bir neçə gün müsbət hava gətirəcəyini ifadə edib.
Birol, ilk dəfə həm tələbdə inanılmaz azalmanın, həm də istehsalda çox sürətli bir artım olduğunu söyləyib. Birol "Çox istifadə edilməyən neft var bu da qiymətlərə təzyiq edir"-deyib.
Qiymətlərin bu səviyyələrə düşməsi neft idxal edən ölkələr üçün yaxşı xəbər kimi görünsə də vəziyyətin normal olmadığını söyləyən Birol xəbərdarlıq edib: "Dünyadakı neft sənayesinin çökmək təhlükəsi ilə qarşı-qarşıya qalması dünya iqtisadiyyatına növbəti mənfi təsiri edəcək".
Birol qiymətlərin bu səviyyələrdən bir az artmasının rahatlaşma təmin edəcəyini, dünya iqtisadiyyatına "nəfəs almaq" imkanı verəcəyini vurğulayıb.
Əgər yığıncaqda hasilatın azaldılması barədə qərar qəbul olunmasa qiymətlərin yenidən çökə biləcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 11 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
16 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
17 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
17 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib















.jpg)



