Çinin elektromobil brendi Azərbaycan bazarına daxil olur
Çinin tam elektrik enerjisi ilə hərəkət edən nəqliyyat vasitələri (elektromobil) istehsalçısı olan Skywell şirkəti Azərbaycan bazarına daxil olur.
Marja.az xəbər verir ki, bu gün Bakıda, Ceyhun Hacıbəyli küçəsi 194 ünvanında markanın satış və sərgi salonu açılıb, ET 5 modelinin təqdimatı keçirilib.
Skywell brendinin Azərbaycanda rəsmi idxalçısı "Onvolt" MMC şirkətidir.
"Məqsədimiz elektrikli avtomobillərin ən keyfiyyətlisini Azərbaycana gətirməkdir. Xeyli araşdırmamız nəticəsində yekun qərara gəldik ki, Avropada qəbul edilən Skywell brendinin premium ET 5 elektromobilinin satışı ilə başlayaq", - "Onvolt" MMC-nin Baş direktoru Həsən İsmayılov bildirib.
Həsən İsmayılov əlavə edib ki, "Onvolt" professional elektrikli maşınların idxalı ilə məşğul olacaq.
Təqdimatda qeyd edilib ki, 204 at gücündə olan Skywell ET 5 modeli 520 km mənzilə malikdir. SUV seqmentini təmsil edən ET 5 premium elektromobilinin qiyməti 98 min 600 manatdır.
ƏTRAFLI: Tam enerji yığdıqda 520 km qət edə bilir – BAKIDA TƏQDİM EDİLDİ, QİYMƏT
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















