Neft ölkəsi Səudiyyə Ərəbistanı ilk elektrik avtomobil markasını təqdim etdi
Neft ölkəsi olan Səudiyyə Ərəbistanı da elektrikli avtomobillərə sərmayə qoyur. Marja.az xəbər verir ki, Səudiyyə Ərəbistanı krallığın elektrik enerjisi ilə işləyən avtomobillərin istehsalında ixtisaslaşan ilk avtomobil markası olan "Sir"i (Ceer) təqdim edib.
Bu barədə cümə axşamı krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salman məlumat verib.
"Səudiyyə Ərəbistanı bu gün təkcə yeni avtomobil markası deyil, həm də tam hüquqlu sənaye yaradır" - şahzadəsi bildirib.
"Bu sənaye xarici sərmayələri cəlb edəcək, krallığın istedadlı vətəndaşları üçün çoxlu iş yerləri yaradacaq. Bu layihə də özəl sektorun inkişafına və növbəti bir neçə il ərzində Səudiyyə Ərəbistanının ÜDM-nin artmasına xidmət edir",- Məhəmməd bin Salman əlavə edib.
"Sir" həm yerli alıcılar üçün, həm də Yaxın Şərqdə satış üçün avtomobillər istehsal edəcək. Layihənin 150 milyon dollar həcmində xarici investisiya cəlb edəcəyi, 30 minə yaxın iş yerinin açılacağı və 2034-cü ilə qədər onun gəlirliliyinin 8 milyard dollar olacağı gözlənilir.
Sir, Səudiyyə Ərəbistanının Suveren Fondu və Tayvanın elektronika istehsalçısı Foxconn arasında birgə müəssisədir. Elektrik avtomobilləri yalnız krallıqda istehsal olunacaq.
Səudiyyə istehsalı olan ilk elektrik avtomobilləri 2025-ci ildə satışa çıxarılacaq.
Ceer adlı yeni şirkət BMW-nin texnologiyasından istifadə edəcək. Apple-ın iPhone-larını istehsal edən Tayvan nəhəngi Foxconn şirkəti avtomobillərin elektrik tərəfini inkişaf etdirəcək.
Elektrikli nəqliyyat vasitələrinə keçid insanların çoxunun gözlədiyindən daha sürətli baş verir. Hətta neft şirkətləri də bu işə qarışır. Məsələn, BP və Shell elektrik avtomobillərinin enerji doldurulması üzrə infrastruktura sərmayə qoyurlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















