Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

AZAL-ın zərərinin qarşılanmasına büdcədən daha çox pul ayrılacaq - Dotasiya 20 %-ə yaxın artırılır

AZAL-a ayrılan dövlət subsidiyası 1 milyon manatdan çox artırılır. AZAL-a dövlət dəstəyi artırılır – 2027-ci ildə 7,1 milyon manat ayrılacaq. AZAL-ın Naxçıvan reyslərinə görə yaranan zərəri büdcədən qarşılanacaq
iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL-ın zərərinin qarşılanmasına büdcədən daha çox pul ayrılacaq - Dotasiya 20 %-ə yaxın artırılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2027-ci ildə dövlət büdcəsindən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) 7,1 milyon manat subsidiya ayrılması nəzərdə tutulur. Bu, 2026-cı illə müqayisədə 19,5 faiz çoxdur.

Marja.az xəbər verir ki, bu barədə 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində məlumat verilib.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Məlumata əsasən, 2026-cı ildə AZAL-a ayrılan subsidiya təxminən 5,94 milyon manat təşkil edir. Beləliklə, 2027-ci ildə dövlət büdcəsindən şirkətə ayrılması planlaşdırılan vəsait təxminən 1,16 milyon manat artırılacaq.

Subsidiya Naxçıvan Muxtar Respublikasına həyata keçirilən aviareyslər, eləcə də Böyük Vətən müharibəsi əlilləri və iştirakçıları, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə nəqliyyatla gedişinə tətbiq edilən güzəştlər nəticəsində yaranan zərərin qarşılanmasına yönəldiləcək.

Beləliklə, 2027-ci ildə də AZAL-ın güzəştli sərnişindaşıma xidmətləri nəticəsində yaranan zərərinin bir hissəsinin dövlət büdcəsi hesabına kompensasiya edilməsi nəzərdə tutulur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

AZAL Azərbaycan Hava Yolları AZAL subsidiya AZAL dotasiya 2027 dövlət büdcəsi AZAL-a dövlət dəstəyi Naxçıvan aviareysləri Naxçıvan uçuşları güzəştli aviabiletlər 7 1 milyon manat hava nəqliyyatı dövlət subsidiyaları
04.11.2026 12:12
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19