“PAŞA Sığorta” avtomobillərə dəyən zərəri daha sürətli qiymətləndirəcək
(®️) Müştərilərin gözləntilərini anlamaq, onların sığorta təcrübəsini sadə və etibarlı etmək “PAŞA Sığorta” şirkəti üçün öndə olan məqsədlərdəndir. Şirkət daim müştəri məmnumiyyətini yüksəltmək üçün beynəlxalq təcrübələrə əsaslanır və qlobal şirkətlərlə əməkdaşlıq edir. Bu istiqamətdə növbəti addım avtomobil üzrə sığorta hadisəsi nəticəsində dəymiş zərərlərin qiymətləndirilməsi prosesinin optimallaşdırılması və sürətləndirilməsidir.
Bu məqsədlə “PAŞA Sığorta” zərərlərin qiymətləndirilməsi sahəsində çox geniş məlumat bazasına sahib və süni intellekt vasitəsi ilə məlumatları emal etməklə müxtəlif müasir həllər təqdim edərək bu sahədə öz uğulu mövqeyini təsdiqləmiş Solera şirkətinin Azərbaycandakı təmsilçisi Audatex şirkəti ilə iyul ayından başlayaraq əməkdaşlığını genişləndirmişdir.
Belə ki, “PAŞA Sığorta” şirkətinin idarə heyətinin üzvü Aygün Ömərovanın sözlərinə görə Audatex şirkəti ilə əməkdaşlıq nəticəsində təqdim olunan elektron platforma vasitəsi ilə beynəlxalq avtomobil istehsalçılarının mövcud meyarlarına əsaslanaraq müştərilərin avtomobillərinə dəyən zərərləri keyfiyyət standardlarına uyğun, tam şəffaf və daha sürətli qaydada qiymətləndirmək imkanı yaranacaqdır.
Qeyd edək ki, hal hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
5 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 7 saat əvvəl
-
8 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
8 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)






.jpg)
