Kron və xoralı kolit xəstələrinə müjdə! Hətta Türkiyədən müalicə üçün pasientlər Azərbaycana gəlir
1 – 7 Dekabr beynəlxalq “Kron və Xoralı Kolit” maarifləndirmə həftəsinə həsr olunmuş təqdimat baş tutub.
Bioloji Təbabət Klinikasının qastroenteroloqu Arzu Quliyeva maarifləndirmə həftəsi çərçivəsində yüzdən çox həkimin iştirak etdiyi təqdimatda iltihabi bağırsaq xəstəliklərinin müalicəsində 300 dən çox xəstə üzərində əldə etdiyi təcrübəsini təqdim edib.
O, bu xəstəliklərdən əziyyət çəkən bir neçə pasientin uğurlu nəticələrini praktik nümunələrlə göstərərək tətbiq etdiyi müalicə taktikasını həmkarları ilə bölüşüb.
İnteqrativ tibb həkimi olan Arzu Quliyeva, digər xroniki xəstəliklərin müalicəsində olduğu kimi ilk mərhələnin orqanizmin drenajından ibarət olduğunu qeyd edib. Çünki orqanizmi illərlə yığılıb qalan toksinlərdən, şlaklardan təmizləmədən müalicədə effektli nəticə almaq mümkün deyil.
İltihabi bağırsaq xəstəlikləri insanın həyat keyfiyyətini pozan, onu mənəvi və maddi çətinliklərlə qarşılaşdıran xəstəliklərdəndir. Təkcə kimyəvi dərman terapiyası ilə müalicəyə çətin tabe olan bu xəstəliyə qalib gəlmək qeyri-mümkündür. Müalicə zamanı uzun müddətli dərman təyinatı həm də xəstənin həyat üçün vacib orqanlarının işini pozur, onun əhval-ruhiyyəsinə mənfi təsir göstərir, depressiyaya salır. Bu səbəbdən bir xəstəliklə mübarizə aparan pasient digər başqa xəstəliklə qarşılaşmalı olur.
İnteqrativ tibb isə orqanizmə vahid sistem kimi yanaşdığından xəstəliyi deyil, xəstəni sağaldır. İstifadə olunan biotənzimləyici preparatlar isə orqanizmə heç bir zərər vermir. Müalicənin sonunda illərlə əziyyət çəkdiyi xəstəlikdən xilas olmaqla yanaşı pasientin əhval-ruhiyyəsi də düzəlir, həyat keyfiyyəti yaxşılaşır, işinə adaptasiya olur. Sözsüz ki, iltihabi bağırsaq xəstəliklərinin müalicəsində əldə edilən nəticələr İnteqrativ tibb metodlarının uğurudur.
Qastroenteroloq Arzu Quliyevanın təqdimatını canlı yayımla bölgələrdə çalışan digər həkimlər də izləyə biliblər. Həmçinin təqdimatı canlı şəkildə Türkiyənin “İnflamatuvar Bağırsak Hastaları Dayanışma-Yardımlaşma” Dərnəyinin rəhbəri Ercan Zorlu və bu xəstəliklərdən əziyyət çəkən Türkiyəli pasientlər də izləyib. Canlı yayıma qoşulan Zorlu, kron və xoralı kolit xəstəliklərinin müalicəsində əldə etdiyi uğurları marifləndirmə həftəsinə hərs olunmuş təqdimatda həkim və içtimaiətə təqdim etməsinə görə Arzu xanıma və Bioloji Təbabət Klinikasına təşəkkürünü bildirib.
Ercan bəyin yayıma qoşulması təsadüfi deyil. Çünki son 2 il ərzində məhz qardaş Türkiyədən uzun müddət bu xəstəliklərdən əziyyət çəkən onlarla pasient son çarə yeri kimi Bioloji Təbabət klinikasına müraciət edib və İnteqrativ tibb metodlarının tətbiqi ilə sağlamlığına qovuşub.
“Kron və Xoralı kolit” maarifləndirmə həftəsinə həsr olunmuş təqdimatın iştirakçıları İnteqrativ tibbin müalicə metodlarının yaratdığı möcüzələrlə bir daha yaxından tanış olublar.
Ümid edirik ki, bu xəstəliklər barədə yetərincə maariflənən həkimlər bundan sonra müalicə zamanı Bioloji Təbabət klinikası tərkibində fəaliyyət göstərən “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar” Mərkəzi və qastroenteroloq Arzu xanımın müalicə taktikasından, bütövlükdə isə İnteqrativ tibbin effektli metodlarından bəhrələnəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
4 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
5 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib





















