Ərəb ölkəsi Ukraynaya 1200 generator göndərdi
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ukraynaya 1200 elektrik generatoru göndərib.
Bu barədə Ukraynanın Dövlət Əmlak Fondunun rəhbəri Rustem Umerov məlumat verib.
Generatorlar Rusiyanın zərbələrindən ən çox zərər çəkmiş bölgələrə - Kiyev, Xerson, Odessa, Zaporojye və Nikolayev vilayətlərinə çatdırılacaq. Onlar ilk növbədə səhiyyə, təhsil və mühüm infrastruktur obyektləri üçün nəzərdə tutulub.
Umerov bildirib ki, bu, BƏƏ-dən olan generatorların ilk partiyasıdır. Onun sözlərinə görə, yanvarın əvvəlində eyni sayda generatora malik ikinci təyyarənin Ukraynaya gəlməsi gözlənilir.
Elektrik generatorlarının gücü 3,5-8 kilovatdır. Tədarük əvvəllər elan edilmiş 100 milyon dollarlıq humanitar yardım paketinin bir hissəsidir.
Oktyabrın 10-dan Rusiya yenidən Ukraynaya qarşı kütləvi zərbələr endirməyə başlayıb. Kütləvi zərbələrin hədəfləri arasında enerji obyektləri üstünlük təşkil edir. O vaxtdan Ukraynada enerji təchizatında problemlər yaranıb.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
©️Modern
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 44 d. əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib




























