Qlobal inflyasiya 2026-cı ilə qədər “tədricən” azalacaq
Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (İfo) və İsveçrə İqtisadi Siyasət İnstitutu (KOF) rüblük "İqtisadçılar Sorğusu"nun dekabr ayı nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, sorğuya əsasən, dünya miqyasında inflyasiya 2023-cü ildə 7,1 faizə, 2024-cü ildə 5,8 faizə 2026-cı ildə 4,5 faizə geriləyəcək.
Bu il üçün inflyasiya gözləntiləri Qərbi Avropa üçün 5,4 faiz, Şimali Amerika üçün 5,2 faiz və Cənub-Şərqi Asiya üçün 5,3 faiz təşkil edib ki, bu da qlobal orta göstəricidən xeyli aşağıdır.
Əksinə, 2023-cü il üçün inflyasiya gözləntiləri Cənubi Asiya üçün 23 faiz, Cənubi Amerika üçün 25 faiz, Şimali Afrika üçün 32 faiz və Şərqi Afrika üçün 35 faiz olmaqla qlobal orta göstəricidən yüksəkdir.
Ifo-nun araşdırmaçısı Niklas Potrafke ilin əvvəlində inflyasiya ilə bağlı gözləntilərin ümidverici olduğuna diqqət çəkib, “çünki ekspertlər inflyasiya nisbətlərinin əvvəlki rüblə müqayisədə bir qədər aşağı olduğunu deyirlər. Bununla belə, inflyasiya çox yüksək səviyyələrdə qalır.
Potrafke, Avropa Mərkəzi Bankının dekabr ayında üç əsas siyasət faizində 50 bəndlik artımın da Avropada inflyasiya gözləntilərinin azalmasına səbəb olduğunu ifadə edib.
2022-ci ilin dekabr ayında sorğuda 133 ölkədən 1537 iqtisadçı iştirak edib.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 3 saat sonra
- 6 saat əvvəl
-
7 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib


























