Dünyanın ən böyük 3-cü iqtisadiyyatında iflaslar artır
2022-ci ildə Yaponiyada müflis olan şirkətlərin sayı 5% artaraq 6,4 minə çatıb.
Marja xəbər verir ki, bu barədə "Nikkei" qəzeti xəbər verir.
Bildirilir ki, bu rəqəm Yaponiyada son 3 ildə ilk dəfə artıb. Əgər 2021-ci ildə iflas etmiş şirkətlərin borclarının ümumi məbləği təxminən 8,3 milyard dollar təşkil edirdisə, 2022-ci ildə bu, təxminən 17,4 milyard dollardır. Ən çox tikinti və logistika sektorunda fəaliyyət göstərən şirkətlər zərər çəkir.
Səbəblər arasında Ukrayna münaqişəsi ilə bağlı enerji və istehsal materiallarının qiymətinin artmasıdır. Həmçinin qeyd olunur ki, COVID-19 ilə bağlı vəziyyət fonunda işçi çatışmazlığı da rol oynayıb.
Yaponiya iqtisadiyyatı nominal ümumi daxili məhsula (ÜDM) görə dünyada üçüncü, alıcılıq qabiliyyəti paritetinə (PPP) görə isə dördüncü ən böyük iqtisadiyyatdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
-
10 d. əvvəl
Metroda yaşıl və qırmızı xətlərin ayrılması işlərinin yekunlaşdırılması 11 aya planlaşdırılıb
- 22 d. əvvəl
- 34 d. əvvəl
-
58 d. əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
1 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
1 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır
























