Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Canlı Svetafor"la müsahibə

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Canlı Svetafor"la müsahibə

(®) "Məqsədimiz gənc dostlarımızın və sürücülərin maarifləndirilməsidir".


 

-Xalid müəllim, oxucularımıza özünüzlə bağlı qısa məlumat verməyinizi xahiş edirik.

 

-Mən Musayev Xalid 1971-ci il Qərbi Azərbaycanda doğulmuşam. 1988-ci ilin hadisələri zamanı ailəmlə birlikdə Rusiyaya köçdüm. 1992-ci ildə Azərbaycan köçmüşük. Elə o vaxtdan Bakıda, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayıram.

 

-Xalid müəllim, bildiyimiz qədəri ilə Siz ölkəmizdə yeganə "canlı svetafor"sunuz. Bu fəaliyyətə başlamanız barədə danışmanızı xahiş edirik.   

 

-Əslində artıq belə deyil. Məndən başqa artıq köməkçim Leyla Ömərova da bu fəaliyyətlə məşğuldur. Azərbaycana gəldikdən sonra yol kənarında avtomobil yağlarının satışı ilə məşğul olmağa başladım.  1997-ci il idi uşaqların dərsdən çıxan vaxtı mən onları yoldan keçmələrinə köməklik edirdim. Bir müddət sonra keçirdiyim uşaqlar məni “Canlı Svetafor”  kimi çağırmağa başladırlar. Bilirsiniz, həmin vaxta qədər o yerdə 17 uşaq yol qəzasında həyatını itirmişdi. Mən uşaqları keçirdikcə sayları da artmağa başlayırdı. Elə həmin vaxtdan qarşıma məqsəd qoydum ki, dərslər başlamışdan qabaq və dərsdən sonra öz işimi dayandıracam, uşaqları yoldan keçirməklə məşğul olacam.

 

-Bizə komandanız barədə məlumat verməyinizi xahiş edirik.

 

Bizim adımız belə gedir, “Canlı Svetafor piyadalara kömək təşəbbüs qrupru”. Komandamızda mən və Leyla xanımdan başqa 35 nəfər könüllü var. Onlar müxtəlif yaş qruplarındırlar və fərqli məktəblərdə təhsil alırlar. Biz mütəmadi təhsil müəsisələrində tədbirlər keçirdirik. Məqsədimiz yol hərəkatı qaydalarının məktəblilər və hətta böyüklər arasında təbliğatından ibarətdir. Könüllülərimiz də bu işlərdə bizə dəstək olurlar.

 

-Bəs könüllülərinizi necə həvəsləndirirsiniz?

 

Bizim üçün ayrılan otaqda onlar müxtəlif təşkilatların nümayəndələri ilə görüşürlər. Hətta bəzən öz sualları ilə onları çətin vəziyyətə sala bilirlər. Biz onların vasitəsilə müxtəlif əyani vəsait və məlumatların insanlar arasında yayılmasını təşkil ediri. Müxtəlif görüşlərdə onları Yol Hərəkəti qaydalarını bilən müsbət nümunə kimi təqdim edirik. Bizimlə əməkdaşlıq edən təşkilatlar tərəfindən təşkil olunan ekskursiyalarda onlar da iştirak edirlər.

 

-Bildiyimiz qədəri ilə sonuncu ekskursiyanızı Hyundai Otoplaza Rəsmi servis mərkəzinə etmişdiniz. Bu barədə danışa bilərsinizmi?

 

Mütəmadi olaraq Hyundai şirkəti tərəfindən bizə Zolağı Pozma stikerləri, uşaqlar üçün Yol hərəkəti qaydaları kitabçaları göndərilirdi. Könüllülərimizin özləri və valideyinləri ekskursiya təşəbbüsünü irəli sürdülər. Uşaqları şirkətin fəaliyyəti ilə yaxından tanış etmək üçün şirkətə müracitə etdik, işlərinin çox olmasına baxmayaraq razılıq verdikləri üçün təşəkkür edirik.

 

--Ekskursiyada yadda qalan məqamlardan danışabilərsinizmi?

 

Şirkətin təhlükəsizlik texnikasına yanaşması bizi xüusilə valeh etdi. Təsəvüür edin ildə 2 dəfə servis kampaniyası keçirirlər. Həmin ərəfədə maşınları sayı hədsiz çox olur. Bizim təhlükəsizliyimiz üçün servisin ümumi ərazisini boşaltdılar. Yalnız bundan sonra bizim əraziyə daxil olmamıza icazə verdilər.

 

Başqa bir məqama toxumun, şirkət rəhbərlərinin bizim uşaqlarla olan səmimi ünsiyyəti idi. Təsəvvür edin ki, şöbə-şöbə gəzdik və hər kəs uşaqlara nə işlə məşğul olması barədə məlumat verdi. Könüllüərimiz İdarə Heyyətinin Sədrinin müavinləri, İdarə Heyyətinin sədri və hətta sahibkarla görüşdülər. Bizə bütün Otoplazanı qarış-qarış gəzdirdilər. Açığı belə mehriban və səmimi mühit çox nadir tapıntıdır. Həm valideynlər, həm də biz çox razı qaldıq. Çox möhtəşəm təsüratla ayrıldıq.

 

-Xalid müəllim, yol hərəkəti hadisələrinin sayının azalması üçün ümumiyyətlə nələrin edilməsinin vacib olduğunu düşnürsünüz?

 

-Biz fikirləşirik ki, hər şey insanların özlərinin yanaşmasından asılıdır. Həm piyadalar, həm də sürücülər yol hərəkəti iştirakçılarıdır. Biz bütün tədbirlərimizdə 3 şüarla çıxış edirik.

 

Birinci şüarımız: Uşaqlar bizim gələcəyimizdir.

İkinci şüarımız Sürücü ehtiyyatlı ol, qarşına öz övladın çıxa bilər.

Üçüncü şüarımız:  Piyada ehtiyyatlı ol, qarşına maşın çıxa bilər.

 

Biz hesab edirik ki, təkcə şürücülər və piyadalar deyil, hamımız bu mövzulara diqqət göstərməliyik. Bizim keçirdiyimiz bütün tədbirlər, bütün fəaliyyətlər məhz bu istiqamətlərdə piyadaların, xüsusi ilə gənc dostlarımızın və  sürücülərin maarifləndirilməsindən ibarətdir.

 

-Müsahibə üçün təşəkkür edirik və Sizə fəaliyyətlərinizdə uğurlar arzulayırıq.

 

Çox sağ olun. Mən də öz komandamız adından Sizə bu mövzuya diqqət yetirdiyiniz üçün təşəkkür edirəm.

14.05.2019 08:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ