Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
Rusiya Mərkəzi Bankı 2025-ci ilin iyununda başlanmış pul-kredit siyasətinin yumşaldılması dövrünü davam etdirərək əsas faiz dərəcəni daha 0,5 faiz bəndi aşağı salıb. Tənzimləyici yeni ƏDV fonunda yanvarda inflyasiyanın artmasını müvəqqəti hesab edir, lakin 2026-cı il üçün qiymət artımı proqnozunu 4,5–5%-ə yüksəldib.Rusiya Mərkəzi Bankının Direktorlar Şurası fevralın 13-də keçirilən iclasında əsas faiz dərəcəsini 50 baza bəndi (0,50 faiz bəndi) azaldaraq illik 16%-dən 15,5%-ə endirib.
Marja.az xəbər verir ki, bu barədə tənzimləyicinin məlumatında bildirilir.
“İqtisadiyyat balanslaşdırılmış artım trayektoriyasına qayıtmağa davam edir. Yanvarda qiymət artımı birdəfəlik amillərin təsiri altında əhəmiyyətli dərəcədə sürətlənib. Bununla yanaşı, cari qiymət artımının dayanıqlı göstəriciləri, Rusiya Bankının qiymətləndirməsinə görə, ciddi şəkildə dəyişməyib. Birdəfəlik amillərin təsiri tükəndikdən sonra inflyasiya yenidən azalmağa başlayacaq”, — Mərkəzi Bankın press- relizində deyilir.
Bu, 6 iyun 2025-ci ildə başlanmış cari yumşaldılma dövründə göstəricinin ardıcıl altıncı dəfə aşağı salınmasıdır. Həmin vaxt Mərkəzi Bank üç ildən sonra ilk dəfə olaraq göstəricini — başlanğıc üçün 100 baza bəndi azaldaraq illik 20%-ə endirmişdi. Daha sonra əsas faiz dərəcəsinin daha dörd mərhələdə azaldılması baş verdi: 25 iyul — 18%-ə, 12 sentyabr — 17%-ə, 24 oktyabr — 16,5%-ə, 19 dekabr — 16%-ə. Ümumilikdə dərəcə o vaxtdan bəri artıq 5,5 faiz bəndi — rekord 21%-dən 15,5%-ə qədər azalıb.
Dərəcənin endirilməsi bazar üçün gözlənilməz olub. Ən böyük bank və investisiya şirkətlərinin analitikləri (30-dan 24-ü) göstəricinin 16% səviyyəsində saxlanılacağını gözləyirdi. Yalnız altı nəfər hesab edirdi ki, fevralda Mərkəzi Bank dərəcəni 15,5%-ə endirəcək.
2026-cı ilin yanvarının əvvəlində ƏDV-nin 20%-dən 22%-ə qaldırılması fonunda qiymət artımının sürətlənməsi müşahidə olunub, lakin ayın sonuna və fevralın əvvəlinə doğru vəziyyət yaxşılaşıb. 2 fevral 2026-cı il tarixinə illik yığılan inflyasiya İqtisadi İnkişaf Nazirliyinin həftəlik məlumatlarına əsasən 6,45% qiymətləndirilib. 9 fevralda isə inflyasiya illik ifadədə 6,37%-ə qədər zəifləyib. Lakin Mərkəzi Bankın əsas götürdüyü "Rosstat"ın tam aylıq məlumatları direktorlar şurasının iclasınadək hələ mövcud olmayıb, onlar fevralın 13-ü axşam dərc ediləcək.
Relizdə qeyd olunur ki, 2025-ci ilin sonunda bir sıra mallar üzrə, ilk növbədə meyvə-tərəvəz məhsulları üzrə “çox aşağı qiymət artımı tempi” müşahidə olunub və ilin yekununa görə inflyasiya Rusiya Bankının proqnozundan aşağı formalaşıb. Göstərici gözlənilən 6,5-7% əvəzinə 5,6% təşkil edib.
“Lakin 2026-cı ilin əvvəlində bu amillərin qiymət dinamikasına təsiri əks istiqamətdə oldu. ƏDV-nin, aksizlərin artırılması, tənzimlənən qiymət və tariflərin indeksasiyası, meyvə-tərəvəz məhsulları üzrə qiymətlərin korreksiyası yanvarda cari qiymət artımının müvəqqəti, lakin əhəmiyyətli sürətlənməsinə gətirib çıxardı, — MB bildirib və vurğulayıb ki, ümumilikdə noyabrdan yanvara qədər yığılan qiymət artımı tənzimləyicinin gözləntilərinə uyğundur.
Rusiya Mərkəzi Bankının proqnozuna görə, inflyasiya 2026-cı ilin ikinci yarısında 4%-ə qədər azalacaq. Lakin ilin sonuna inflyasiya üzrə gözləntilər 0,5 faiz bəndi artırılaraq 4,5–5,5%-ə qaldırılıb.
Rusiya Bankı bu il üçün əsas faiz dərəcəsinin orta göstəricisinin diapazonunu da 13–15%-dən 13,5–14,5%-ə qədər azaldıb.
Press-relizdə Rusiya Mərkəzi Bankı təkrarlayıb ki, vətəndaşların və müəssisələrin inflyasiya gözləntiləri yüksək səviyyədə qalır və bu, inflyasiyanın dayanıqlı şəkildə zəifləməsinə mane ola bilər.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 45 d. sonra
-
17 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
24 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 35 d. əvvəl
-
46 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 57 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir

























