Avtomobil Dilerləri Assosiasiyasının payız toplantısı keçirilib
AADA üzvləri ölkəmizdə sivil avtomobil bazarının inkişafına təsir edə biləcək bir sıra yeni təkliflər irəli sürüblər.Ötən həftə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ümumi toplantısı baş tutub.
Bu barədə AADA-nın mətbuat xidməti yayıb.
Toplantının gündəliyinə əsasən, 2022-ci ilin ilk üç rübündə təşkilatın fəaliyyəti barədə İdarə Heyətinin sədri Natiq Zərbəliyevin qısa hesabatı dinlənilib.
Hesabatda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yol hərəkətinin təhlükəsizliyinə, ekoloji mühitin sağlamlaşmasına yönəlmiş dövlət proqramları çərçivəsində rəsmi avtomobil idxalçıları ölkə avtoparkının cavanlaşması, müasir, təhlükəsiz və ekoloji nəqliyyat vasitələrinin idxalı üzrə səylərini davam etdiriblər.
AADA ölkə avtomobil sektorunun inkişafı naminə davamlı olaraq, araşdırmalar aparır, xarici ölkələrin təcrübəsini öyrənir və müxtəlif təkliflərlə müvafiq dövlət qurumlarına müraciətlər edib.
Cari ildə Assosiasiya dünya və yerli avtomobil istehsalatının ən müasir nümunələrini təşviq etmək üçün çoxsaylı tədbirlər də həyata keçirib. Bakı-Mingəçevir marşrutu ilə “Yaşıl ölkə” ekoloji avtomobillər yürüşü, məktəblilər arasında “Gələcəyin avtomobili” mövzusunda rəsm müsabiqəsi, Qəbələ şəhərində keçirilmiş “Qafqaz Motor-Şou” avtomobil sərgisi buna misal ola bilər.
Toplantı gündəliyinin ikinci bəndinə uyğun olaraq, AADA üzvləri ölkəmizdə sivil avtomobil bazarının inkişafına təsir edə biləcək bir sıra yeni təkliflər irəli sürüblər. Əsasən bu təkliflər dünya praktikasında geniş inkişaf etmiş avtolizinq maliyyə aləti və sivil ikinci əl bazarı kimi sahələri əhatə edib. Eyni zamanda qeyd olunub ki, hazırda regionda yaranmış geosiyasi reallıqlar, ölkəmizin gündən-günə yüksələn beynəlxalq nüfuzu və unikal coğrafi mövqeyi Azərbaycanın yaxın ölkələr üçün yeni və işlənmiş avtomobillərin reeksport düyününə çevrilmə perspektivini cəlbedici edib.
İştirakçılar bu və digər mövzuların əsaslı araşdırmaları üçün idarə heyətinə tapşırıqlar veriblər. Toplantının sonunda assosiasiyanın rəhbər orqanlarında dəyişikliklər edilib. Belə ki, AADA İdarə Heyətinə, Nəzarət Təftiş Komissiyasına yeni üzvlər seçilib və sədrin təqdimatı ilə assosiasiyaya İcraçı direktor təyin edilib. Ənənəyə uyğun olaraq, ümumi toplantı çay süfrəsi ətrafında qeyri formal ünsiyyətlə yekunlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 54 d. sonra
- 56 d. əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM





















