AİB Bakının qəsəbəsindən Naxçıvana qədər dəmir yolunun diaqnoatikasını keçirəcək
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda Ələt (Bakının qəsəbəsi) – Naxçıvan dəmir yolunun inkişafının diaqnostik tədqiqatının başa çatdırılması üçün 225 min dollar məbləğində texniki yardım ayırır.
“Noyabrın 10-da bank bu texniki yardımın ayrılmasını təsdiq edib”, - AİB-nin Bakı nümayəndəliyindən məlumat verilib.
Bankın nümayəndəsi vurğulayıb ki, dəmir yolu infrastrukturunun inkişafı, həmçinin Ələt limanından Naxçıvana qədər dəmir yolu xəttinin modernləşdirilməsi bu gün Azərbaycan hökuməti üçün prioritetlərdən biridir.
“Ələt ilə Horadiz arrasında dəmir yolu xətti (205 km uzunluğunda) hələ də işlək vəziyyətdədir, lakin sovet dövründə tikilib və tam yenidən qurulmasına ehtiyac var. Ələt-Osmanlı hissəsinə dair (60 km) layihə sənədləri var. Osmanlı və Horadiz arasında hissə üçün (145 km) layuhə və ya digər sənədlər yoxdur”, - bankdan qeyd olunub.
2021-ci ilin fevral ayında Azərbaycan hökuməti azad edilmiş ərazilərdə Ermənistan işğalı dövründə tam dağıdılmış 100 km uzunluğunda Horadiz-Ağbənd (Zəngəzur dəhlizi) hissəsinin tikintisinə başlayıb.
“Ələt -Naxçıvan dəmir yolunun potensialının qiymətləndiirlməsi üçün bir neçə istiqamətdə təhlil lazımdır: avtomobil nəqliyyatı və alternativ marşrutlar tərəfindən rəqabət nəzərə alınmaqla dəmir yolu ilə yükdaşımalar və sərnişin daşımalarına gələcəkdə tələbat; infrastruktura sərmayələrə tələbat; vaqonlara və multimodal terminallar kimi digər obyektlərə zəruri investisiyalar; dəmir yolu dəhlizinin İran, Ermənistan və Türkiyənin xəttləri ilə birləşməsi üçün texniki və istifadə variantları və maneələr; biznes və marketinqin inkişafı üçün zəruri təşkilati potensial".
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya 5,2 milyard dollar məbləğində kredit ayırıb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















