Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Birjasından “AZƏRMAŞ GROUP”un istiqrazlarına "yaşıl işıq" - İllik 13%-lə 10 milyon manat toplamaq istəyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Birjasından “AZƏRMAŞ GROUP”un istiqrazlarına "yaşıl işıq" - İllik 13%-lə 10 milyon manat toplamaq istəyir
iç səhifə xəbər şəkil altı (mobil)_32

23 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AZƏRMAŞ GROUP” MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Marja.az xəbər verir ki, emissiya çərçivəsində ümumi buraxılış həcmi 10 milyon manat olan 10 min ədəd istiqraz tədavülə buraxılacaq.

Hər bir istiqrazın ilkin ticarət qiyməti 1 000 manat, illik gəlirlilik faizi isə 13% təşkil edir.

İstiqrazlar faizli, təmin edilməmiş, sənədsiz və adlı formada buraxılır. Nominal dəyərin 60%-i üzrə İKZF tərəfindən zəmanət nəzərdə tutulub.

İstiqrazlar üzrə hesablanmış faizlər yerləşdirmə tarixindən etibarən hər 3 təqvim ayından bir ödəniləcək. Qiymətli kağızların tədavül müddəti 3 ildir.

İstiqrazların dövlət qeydiyyat nömrəsi – ISIN AZ2001027302-dir.

Ticarət kütləvi/rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. Anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların ticarətə buraxılma tarixi emitent tərəfindən açıqlanacaq.

Emissiya prospektinin qüvvədə olma müddəti 21 oktyabr 2026-cı il tarixində başa çatdığı üçün həmin tarix “Ticarətə İcazə”nin son günü hesab edilir.

Emitentin istiqrazları geri almaq hüququ var

Emissiya şərtlərinə əsasən, “AZƏRMAŞ GROUP” MMC istiqrazların müəyyən hissəsini vaxtından əvvəl geri almaq hüququnu özündə saxlayır.

Belə ki, emitent 27-ci ayda 2,5 milyon manat, 30-cu ayda daha 2,5 milyon manat, 33-cü ayda daha 2,5 milyon manat və 36-cı ayda əlavə 2,5 milyon manat həcmində istiqrazları geri ala bilər.

Beləliklə, nəzərdə tutulan geri alışların ümumi məbləği emissiyanın tam həcminə – 10 milyon manata çata bilər.

İş elanları AzVak.az-da

AZƏRMAŞ GROUP AZƏRMAŞ GROUP istiqrazları Bakı Fond Birjası BFB istiqraz istiqraz buraxılışı 10 milyon manat 13 faiz gəlirlilik qiymətli kağızlar korporativ istiqraz PAŞA Kapital İKZF ISIN AZ2001027302 investisiya istiqraz bazarı rüblük faiz ödənişi 3 illik istiqraz ticarətə icazə rəqabətli hərrac istiqrazların geri alınması
23.09.2026 18:31
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19